Proqnozlar

2014 Bankçılıq və Kapital Bazarları ilə bağlı İcmal

İnkişaf üçün Yenidənqurma

2014-cü ildə bank və kapital bazarı seqmentlərinə təsir göstərə biləcək tendensiyalar hansılardır?

Beş il davam edən coşqun dəyişikliklərdən sonra bankların və kapital bazarı şirkətlərinin ümumi nəticəyə gəlməli olduqları təəccüb doğurmur. Lakin 2014-cü ildə onların daha yüksək səviyyəyə çatmaq və ya hətta güclənmək imkanlarına malik olmaları müşahidə edilir. 2014-cü ilə nəzər saldıqda bankları və kapital bazarı şirkətlərini irəlidə nə gözləyir? Bunu yaxşı, yoxsa pis zamanlardır? Yoxsa hər ikisi? İqtisadiyyatda müəyyən qədər canlanma əlamətləri olsa da, sənayedə çalışan rəhbər vəzifəli şəxslər üçün hələ də problemlər yaşanmaqdadır. Gəlir əmsalı ilə bağlı dəyişkənlik müşahidə edilir, biznes modellər və girovlar və derivativlər kimi məhsul strukturları daha da standartlaşır. Qanunvericiliklə bağlı məsələlərə gəldikdə isə istiqamətləndirmə üzrə qeyri-müəyyənlik perspektivli məhsullar üzrə qeyri müəyyənliklə əvəz olunmuşdur. Beləliklə, mövcud gərgin və problemli şəraitdə şirkətlər inkişafa doğru necə irəliləyə bilərlər? Belə şirkətlər bazarda daha sabit şəraitin yaranacağını gözləmək əvəzinə mövcud qeyri-müəyyənlikdən faydalanmaq üçün daha aktiv əməliyyatlara necə nail ola bilərlər?

Banklar və Kapital Bazarları ilə bağlı İcmal 2014: İnkişaf üçün Yenidənqurma

Beş il davam edən coşqun dəyişikliklərdən sonra bankların və kapital bazarı şirkətlərinin ümumi nəticəyə gəlməli olduqları təəccüb doğurmur. Lakin 2014-cü ildə onların daha yüksək səviyyəyə çatmaq və ya hətta güclənmək imkanlarına malik olmaları müşahidə edilir.

İnfoqrafik ilə tanış olun.

Bank Sənayesi İcmalı 2014: İnkişaf üçün Yenidənqurma

Təkrar tənzimlənən dünyada aktivlik

Bank sektorundakı son beş il hətta adi bir müşahidəçi üçün də həqiqətən xüsusi bir dövr olmuşdur. Qanunvericiliklə bağlı məsələlər xüsusi qeyd olunmaqla, bir çox problemlər öz həllini tapmalı olduğu halda bu sənayenin əsas hissəsi üçün yeni mühitə uyğunlaşmaq məqsədilə profilaktik tədbirlər görülmüşdür.

Deloitte-in Bank Sənayesi İcmalında (2014) qeyd olunur ki, “rəqabət sahəsi ilə bağlı çətin qərarların qəbulu” bankların üzləşdiyi əsas məsələlərdən biridir. Ötən il ərzində bir çox bankların bu cür strateji seçimlər etdiyini – hansı müəssisələrin “əsas” olduğuna və əməliyyat infrastrukturunu sadələşdirdiyinə dair qərarlar qəbul etdiyini gördük. Müsbət hal ondan ibarətdir ki, strateji yenidənqurmanın yolu aydın olmuşdur və 2014-cü ildə banklar öz strateji seçimlərindən dividendlər əldə edə bilərdilər.

Bank Sənayesi İcmalı 2014 ilə tanış olun

Kapital Bazarı İcmalı 2014: İnkişaf üçün Yenidənqurma

Yeni dövr üçün yeni modellər

Beş il davam edən coşqun dəyişikliklərdən sonra bankların və kapital bazarı şirkətlərinin ümumi nəticəyə gəlməli olduqları təəccüb doğurmur. Lakin 2014-cü ildə onların daha yüksək səviyyəyə çatmaq və ya hətta güclənmək imkanlarına malik olmaları müşahidə edilir.

Bir çox müşahidəçilər 2013-cü ildə böhrandan sonra kapital bazarlarının yenidən tənzimlənəcəyini və yenidən qurulacağını gözləyirdilər. Lakin hadisələr gözlənildiyindən daha yavaş irəlilədi. İl ərzində qanunvericiliklə bağlı məsələlər aydınlaşsa da, yeni mühitə necə cavab verməklə bağlı qeyri-müəyyənliklər hələ də qalırdı. 

Lakin bu barədə 2014-cü ildə irəliləyiş olacağını düşünürük. Günlər ötdükcə qanunvericilik mühiti daha da aydınlaşır. Bir çox, xüsusilə birjadankənar derivativlərin (OTC) tənzimlənməsi sahəsində qanunvericilik tələblərinin yerinə yetirilməsi üçün müddət keçmişdir. Bəlkə də daha əhəmiyyətli hal şirkətlərin yeni kapital tələbləri barədə öz biliklərini möhkəmləndirmələri olmuşdur.

Kapital Bazarı İcmalı 2014 ilə tanış olun.

Did you find this useful?