Təfərrüatlar
Siğorta fəaliyyəti ilə əlaqədar 2018-ci ildə qəbul olunmuş hüquqi-normativ tələblərin ümumi icmalı
Qeyri-müəyyən şəraitdə irəliləmə
Sığorta şirkətlərinin 2018-ci izləməli və əməl etməli olduğu qanun və normalar haqqında təsəvvür.
Çətinliklərdə tab gətirməyi necə öyrənirik: sığorta qaydaları ilə bağlı 2018-ci ilin tendensiyaları
Bir sıra sahələrdə qanun tələbləri ilə bağlı yaranan qeyri-müəyyənliklərdən irəli gələn əhəmiyyətli və tez-tez rast gəlinən maneələrə baxmayaraq, bir çox sığorta şirkəti risklərin idarə olunması və qanun tələblərinin əməl olunması istiqamətində təşəbbüskar addımlarla irəliləyir.
Əgər qanunverici və tənzimləyici orqanlar qanun tələblərinə bəzi qəti düzəlişlər daxil etsə belə, sığorta şirkətləri risk və uyğunluq proqramlarının effektivliyini artırmaqla, qüvvədə olan qanun və qaydalara cavab vermək və dövlət nəzarət orqanlarının gözləntilərini qarşılamağa çalışmalıdır.
Bir çox yeni normativ tələblər kifayət qədər aydın şərh olunur. Lakin bəzi hallarda (məsələn, Əmək məsələləri İdarəsinin Fudisiar (vəkalət) Fəaliyyət haqqında Qaydaları (Qayda)) şirkətlər hadisələrin necə cərəyan edəcəyini gözləyərək görmək lüksünə malik deyil. Bu səbəbdən, onlar qanunların icrasında müvafiq təlimatları rəhbər tutmağı planlaşdırır.
Ümumiyyətcə, sığorta fəaliyyətinə dair normativ tələblərə əməl etmək üçün təşkilatların qəbul etdiyi dəyişikliklər risklərə qarşı yönəlmiş tədbirlər və fəaliyyət baxımından faydalıdır.
Kibertəhlükələrin idarə olunması proqramlarına dair normativ tələblər
Tənzimləmə bazası təşkilatları öz risk proqramlarını təkrar nəzərdən keçirməyə vadar etdiyinə görə sığorta sektorunda tərəqqi baş verir. Həm dövlət, həm federal səviyyədəki qurumlar sığorta təşkilatlarını kibertəhlükə axınlarından qorumaq və kiberrisklərin idarə olunması və kiberrisklərlə bağlı hesabatlılıq səviyyəsini artırmaq üçün səy göstərir.
Federal səviyyədə xidmət göstərən bir çox tənzimləyici idarələr və həmçinin Sığorta Komissarlarının Dövlət Assosiasiyası (NAİC) bu əhəmiyyətli əməliyyat riski ilə əlaqədar sığorta şirkətlərinin davranışını tənzimləyən qaydalar qəbul etmək üçün hərəkətə keçmiş və yaxud tədbirlər nəzərdə tutur.
Kiber cinayətkarlarının dövlət tərəfindən maliyyələşdirildiyi, siyasi birliyin üzvləri olduğu və yaxud sadəcə maddi maraqlarını güddüyü bir dövrdə idarə heyətləri və direktorlar kibertəhlükəsizlik proqramlarının etibarlılığını necə qiymətləndirə bilər?
Ümumdünya Banklararası Maliyyə Telekommunikasiyası Cəmiyyəti (SWIFT) bu istiqamətdə üç başlıca hədəf müəyyən etmişdir:
· “Mühitinin təhlükəsizliyi təmin et”
· “Müdaxilə imkanlarını tanı və məhdudlaşdır”
· “Aşkar et və qabaqla”
Gözləntiləri qarşılayan ən üstün standartlar
Əmək məsələləri idarəsinin Fudisiar (vəkalət) fəaliyyət haqqında Qaydalarının tətbiqi maliyyə sahəsində xidmət göstərən təşkilatlara müştərilərin, xüsusilə təqaüd hesablarına investisiya edən şəxslərin və sığortaçıların gözləntilərini daha yaxşı qarşılamaq üçün müstəsna imkan yaratmışdır. Qaydalar həmçinin digər tənzimləyici idarələri 2018-ci ildə qüvvəyə minməsi ehtimal edilən yeni qaydalar tərtib və yaxud təklif etməyə təhrik edərək uzlaşdırılması tam dərəcədə mümkün olmayan və bir biri ilə ziddiyyət təşkil edən dövlət və federal qanunların qəbul olunmasına yol açmışdır.
Bu Qaydalar maliyyə sektorunda təkmilləşməni sürətləndirən katalizator rolunu oynayır. Tələblərə daha çox əməl etmək məqsədilə qanunların icrasında göstərilən səylər azalsa da, həm təqaüd hesabına malik olan və olmayan müştərilərə məsləhət xidmətlərini göstərmək üçün sektorda fudisiar fəaliyyət modelinə (və yaxud gözləntiləri cavablandıran ən üstün modelə) keçid davam edir.
Bu tendensiya, Əmək məsələləri İdarəsinin Qaydalarının tətbiqinin artması, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən hazırlanacaq qaydalar, fərdi qaydada tətbiq edilən dövlət qanunvericiliyi və ayrı-ayrı dövlətlərin NAİC (Sığorta Komissarlarının Dövlət Assosiasiyası) modeli əsasında tənzimlə prinsipini qəbul etməsi kimi faktorlardan qaynaqlanmaqla, böyük ehtimal olaraq sürətlənəcəkdir.
Biq Data (Böyük həcmli Verilənlər): böyük məsələlər, böyük mükafatlar.
Analitik təhlillərin potensial faydaları danılmaz faktdır. Əminliklə deyə bilərik ki, analitik təhlillərdən daha çox istifadə və daha dəqiq və fərdi xüsusiyyətləri nəzərə alan təhlillərin aparılması ilə siğorta şirkətlərinin daha səmərəli, ayrı-ayrı tələblərə uyğunlaşdırılmış məhsulları daha yüksək keyfiyyətlə təqdim edə bilməsi artıq mübahisə doğurmur. Lakin əks səda ondan ibarətdir ki, geniş həcmdə məlumatların olması və onları artan süni intellekt hesabına təhlil və idarə etmək imkanı sığorta şirkətlərinə bazarı o həddə qədər mikro seqmentlərə ayırmağa icazə verir ki, risklərin birləşdirilməsi kimi əhəmiyyəti danılmayan anlayış qüvvəsini itirmiş olur.
Bugünkü gündə müştəri bazamızda, anderraytinq səviyyəsini artırmaq və bazardakı maneələri azaltmaq üçün
verilənlərdən və proqnoz təhlillərindən istifadə bacarığı həm rəqabətədavamlılıq imkanları həm də bazar mövqeyinin artırılması imkanını qazandırır.
Dünya ölkələrindəki tənzimləyici orqanlar bu məsələyə nəzər salmaq üçün hərəkətə keçir. NAİC sığorta şirkətlərinin istehlakçılara aid və sığorta fəaliyyətinə aid olmayan məlumatlardan istifadəsini izləmək üçün cari normativ bazaya nəzər salmaq üçün “Biq Data üzrə İşçi Qrupunu” yaratmışdır.