Təhlil

Yaranan risklərlə bağlı idarə heyətinin tədbirləri

Risk komitələri qlobal aspektdə

İdarə heyətləri mürəkkəb şəraitdə risklərə nəzarət öhdəliklərini yerinə yetirmək üçün çox çalışırlar. Bir çox sənayelərdə qaydalar sürətlə dəyişir və ölkələr üzrə əhəmiyyətli dərəcədə fərqlənir. İnvestorlar, analitiklər və ictimaiyyət kreditorlar, tərəfdaşlar və digər maraqlı tərəflər kimi, risk və risklərin idarə edilməsi ilə bağlı daha çox şəffaflığın olmasını tələb edirlər. Bir çox şirkətlərin idarə heyətini yalnız tənzimləyicilərin tələbləri deyil, risk nəzarəti üzrə hansı yanaşmaların daha effektiv olduğu maraqlandırır.

Deloitte xüsusi və çox effektiv risk idarəçiliyi mexanizminin tədqiqinə başlamışdır: idarə heyəti səviyyəsində risk komitələri. Bu hesabatda səkkiz ölkədə 400 iri ictimai şirkətin təhlili əsasında idarə heyəti səviyyəsində risk komitələrinə nə dərəcədə çox rast gəlindiyi (yalnız riskə yönəlmiş təktərkibli komitələr, yaxud audit/risk üzrə müxtəliftərkibli komitələr) açıqlanır.

Aşağıdakıları aşkar etdik:

• İdarə heyəti səviyyəsində risk komitələri yaxşı təşkil olunmuş və geniş yayılmışdır və araşdırma aparılan 400 şirkətin 38%-də mövcuddur. Şirkətlərin təxminən dörddə bir hissəsi (22%) təktərkibli risk komitələrinə malikdir, 16%-i isə risklərə müxtəliftərkibli komitələr vasitəsilə nəzarət edir.

• Gözlənildiyi kimi, idarə heyəti səviyyəsində risk komitələri Maliyyə Xidmətləri Sənayesi üzrə fəaliyyət göstərən şirkətlərdə daha çox rast gəlinir, lakin ölkədən asılı olaraq, əsasən böyük faizlərlə digər sənaye sahələrində də (26%) rast gəlmək mümkündür.

• Yerli qaydalar riskə nəzarət strukturlarının fəaliyyətinə təsir göstərir. Avstraliya, Braziliya, Meksika, Sinqapur, BK və ABŞ-dakı qaydalar Maliyyə Xidmətləri Sənayesi üzrə fəaliyyət göstərən şirkətlərdə risk komitələrinin idarə heyəti səviyyəsində (bəzən şirkətin növündən və ölçüsündən asılı olaraq) təşkilini tələb edir.

• Ümumilikdə, tədqiq edilən bütün şirkətlərin 62%-də idarə heyəti səviyyəsində risk komitəsi mövcud deyildir. Bunun səbəbi bir çox ölkələrin qeyri-maliyyə xidmətləri sənayesi üzrə fəaliyyət göstərən şirkətlərində idarə heyəti səviyyəsində risk komitələri ilə bağlı tənzimləyici tələblərin olmamasıdır.

Əslində hər bir idarə heyəti dövri qaydada müəssisənin riskə nəzarət və risk idarəçiliyi tələblərini qiymətləndirməli və belə tələbləri təmin etmək üçün zəruri hesab etdiyi tədbirləri görməlidir. İdarə heyəti səviyyəsində təktərkibli və ya müxtəliftərkibli risk komitələrinin mövcudluğu risklər və risk idarəçiliyi barədə lazımi məlumatları əldə etmək, eləcə də riskə nəzarəti həyata keçirmək üçün effektiv bir vasitədir. Ətraflı məlumat üçün hesabatı yükləyin.

Hesabatı yükləyin

İnfoqrafiki yükləyin

Did you find this useful?