Exploring Strategic Risk

Təfərrüatlar

Strateji Riskin Araşdırılması

Strateji risklər – Biznes strategiyası ilə bağlı qərarlara təsir göstərən və ya belə qərarlar nəticəsində yaranan bu risklər müəssisənizin inkişafı və fəaliyyəti üçün böyük əhəmiyyətə malikdir. Forbes Insights tərəfindən Deloitte adından aparılmış son sorğuların nəticələrinə görə sorğu iştirakçılarının 81%-i strateji risklərin idarə olunmasına yönəldiklərini və nüfuzun onların narahatlığının əsas səbəbi olduğunu bildirmişlər.

Eyni zamanda, sorğu iştirakçılarının yalnız 13%-i bildirmişdir ki, malik olduqları risk idarəçiliyi proqramı onların biznes strategiyası hazırlamaq və icra etmək qabiliyyətlərini dəstəkləyir. Beləliklə, aparıcı şirkətlər strateji riski necə idarə edirlər? Onlar gələcək fəaliyyətə necə hazırlaşırlar?

“Strategiyamızı hazırlayarkən əlaqədar riskləri, eləcə də xüsusi strategiyaya əməl etməklə azaldıla bilən riskləri (biznes riskləri) düşünürük.” - Reto J. Kohler, İdarəedici Direktor, Strategiya, Korporativ və İnvestisiya-Bankçılıq Departamentinin rəhbəri, Barclays

  • Hansı risk sahələri sizin biznes strategiyanıza daha çox təsir etmişdir/edir/edəcək?
  • Strateji risklərin idarə edilməsi üzrə şirkətinizin yanaşmasını əsasən kim müəyyən edir?
  • Son üç ildə strateji risklərin idarə edilməsi üzrə yanaşmanız dəyişmişdirmi? Necə?
  • Texnologiyalar üzrə hansı hərəkətverici və məhvedici mexanizmlərin sizin biznes modelinizə təhlükə yaradacağını düşünürsünüz?

Deloitte-in yeni sorğu hesabatı şirkətlərin biznes strategiyasına təsir göstərən riskləri necə nəzərdən keçirmələri və idarə etmələri barədə aydın təsəvvür yaradır. Aşağıdakı sualların cavablarına baxa bilərsiniz.

Sizdə bölgü necədir

Strateji riskə dair testimiz 8 sualdan ibarət bençmarkinq alətidir və burada siz şirkətinizin dünyanın müxtəlif yerlərindən tədqiqatımızda iştirak edən şirkətlər ilə necə müqayisə olunduğunu görə bilərsiniz. Bu test anonimdir və onun üçün 3 dəqiqə vaxt tələb olunur, eləcə də bir çox mobil cihazlar, iPad və digər planşetlər vasitəsilə əldə oluna və paylaşıla bilər. Nəticələr dərhal hazırlanır və fərdi infoqrafik şəklində görünür. Müştərilərin öz nəticələrini sənaye üzrə və coğrafi nəticələrlə müqayisə edə bilmələri üçün belə nəticələri seçib ayrı-ayrı qruplarda göstərmək olar.

Sorğu haqqında

Bu hesabatdakı nəticələr 2013-cü ilin yazında Forbes Insights tərəfindən Deloitte adından aparılmış qlobal sorğuya əsaslanır. Burada Amerika (33%), Avropa/Yaxın Şərq/Afrika (33%) və Asiya-Sakit okean regionu (34%) üzrə 300-dən artıq iştirakçının verdiyi məlumatlar əks olunmuşdur. Demək olar ki, bütün iştirakçılar baş rəhbərlik üzvlərindən (263), idarə heyəti üzvlərindən (22) və ya ixtisaslaşmış risk idarəçilərindən (21) ibarət olmuşdur. Sorğuda iştirak edən şirkətlər beş əsas sənaye sektorlarında (istehlak/sənaye məhsulları, bioloji elmlər/səhiyyə, texnologiya/media/telekommunikasiya, enerji/resurslar və maliyyə xidmətləri) çalışan və illik gəlirləri 1 milyard ABŞ dollarından (və ya ekvivalent) artıq olan müəssisələr idi.

Strateji Risklərin Araşdırılması
Did you find this useful?