Yaşlanmaqda olan işçi qüvvəsi: Kadr boşluğunda nəyə ümid etmək olar?

Təfərrüatlar

Yaşlanmaqda olan işçi qüvvəsi 

Kadr boşluğunda nəyə ümid etmək olar?

Təşkilatlar kadr boşluğunu doldurmaq üçün dəyişən təqaüd modelindən yararlana bilərlər.

Mətn ilə tanış olun

Ənənəvi təqaüdəçıxmaya dair yanaşmalar sürətlə dəyişməkdədir. Təcrübəli işçilər dərk edəndə ki, onlar təqaüdə çıxmaq imkanında deyillər yaxud böyük dəyişikliyə kifayət qədər hazır deyillər, çox hissəsi standart təqaüd yaşını keçsə belə, işləməyə davam edirlər. Buna baxmayaraq, bəziləri yarı iş günü təklif edən yerlərdə çalışır yaxud fəaliyyətlərini məsləhət xidmətləri sektorunda davam etdirirlər, xüsusilə də təklif və tələb arasındakı kadr boşluğunun artdığı yerlərdə. Bu dəyişiklik təşkilatlar üçün xeyirli olsa, həm də çətinliklər yaradır.

 

Müsbət tərəfdən baxsaq, təqaüd modelindəki dəyişikliklər uzun müddətdir II Dünya müharibəsindən sonra anadan olmuş nəsilin “beyin axınının” qarşısını almağa və ya qəbul etməyə kömək edə bilər.Təşkilatların hal-hazırda bazardakı kritik (önəmli) bacarıqlar qıtlığından yaranmış kadr boşluğunu, eləcə də son onilliklərdə çoxsaylı işçi ixtisarından yaranmış təcrübə boşluğunu aradan qaldırmaq üçün yeni imkanı var.

 

Mənfi tərəf isə odur ki, təqaüdə çıxma barədə dəyişikliklər maaş və mənfəət xərclərini artırmaqla yanaşı kadr ehtiyatlarına belə zərər vura bilər.

Təqaüdü təxirə salmaq ideyası uzun illər müzakirə mövzusu olduğundan təşkilatlar nəhayət bu imkandan faydalanmağa başlayıblar, çünki minlərlə yaşlı nəsil nümayəndəsi hər gün təqaüd yaşına çatır.

Yaşlanmaqda olan işçi qüvvəsi
Did you find this useful?