Banner

Təfərrüatlar

Yüksək Nəticəli İR Əməliyyat Modeli

İR-in yeni vəzifəsi vardır. Plan belədir.

Yüksək və aşağı göstəricili müəssisələr arasında ölçüləbilən fərqin təxminən 40 faizi rəhbərliyin təkmilləşdirilməsi və resursların idarə edilməsi ilə əlaqələndirilə bilər. Hər iki sahə üzrə fəaliyyətin inkişaf etdirilməsi İR departamentinin yeni öhdəliyinə daxildir. Çatışmazlıq isə artmaqda olan rolun həyata keçirilməsi üçün yüksək nəticəyə malik əməliyyat modeli ilə bağlıdır.

Mətn ilə tanış olun

İR sahəsində məhsuldarlıq və effektivlikdən nəticə və strateji biznesə yönəlməyə transformasiya üzrə tələbat son illərdə artmışdır. Lakin bu gün hər beş şirkətin ikisindən çoxu İR əməliyyatlarının şirkətin uğurundakı rolunun hələ də “zəif” olduğunu bildirirlər. Nəticə etibarı ilə indi müəssisələr İR-in daha artıq yollarla effektivliyi artırmasını gözləyirlər. Qlobal Açıq Kadr İqtisadiyyatında kadr gündəliyini müəyyən etmək. Fəaliyyətə və fəaliyyətə cəlb olunma proseslərinə yardımçı olmaq. Yekun nəticələrin təmin edilməsi üçün texnologiya və təhlildən istifadə etmək.

Bunların həyata keçirilməsi üçün diqqəti əsas üç prinsipə yönəltmək lazımdır.

Biznes haqqında. Biznes tələbləri və resurslara dair ideyalar İR departamentinin fəaliyyət tərzi üçün təlimat rolunda çıxış etməlidir.

Dəyişkənlik əsasdır. İR tezlik və dəyişkənlik nümayiş etdirdikdə müəssisədəki yüksək biznes nəticələrini də nümayiş etdirmiş olur. Həmçinin, digər departamentlərin fəaliyyəti üçün standartlar müəyyən edir.

Müəssisədən kənar. Sənayenin, sosial şəbəkələrin, sifarişçilərin, xarici bazarın və digər maraqlı tərəflərin əhəmiyyəti İR departamentinin fəaliyyətində əks olunmalıdır.

Yüksək Nəticəli İR Əməliyyat Modeli istənilən İR müəssisəsinin başa düşməli olduğu vəzifələri və münasibətləri vizuallaşdırmağın yeni üsuludur. Bu model biznesin artan tələblərini effektiv şəkildə qarşılamaqda İR müəssisəsinə yardımçı olmaq üçün nəzərdə tutulmuşdur.

Lakin İR-in mövcud olmasının əsas səbəbi budur, elə deyilmi?

1 High-Impact HR: Building Organizational Performance from the Ground Up, Bersin by Deloitte, July 2014

Yüksək Nəticəli İR Əməliyyat Modeli
Did you find this useful?