Actuarial, Rewards & Analytics Offerings

Həllər

Aktuar hesablamalar, Mükafatlandırma və Analiz

Qabaqcıl Analitika və Modelləşdirmə

Kompyuter texnologiyalarının təsirinin artması nəticəsində müəssisələr işin effektivliyinə imkan yaradan, satışı artıran və rəqabətli bazarda üstünlükləri təmin edən əvvəllər məlum olmayan əlaqələri müəyyən etmək üçün daxili və xarici məlumatların təhlilinə maraq göstərirlər.

Deloitte-un Qabaqcıl Analitika və Modelləşdirmə (AAM) üzrə mütəxəssisləri əvvəllər məlum olmayan, lakin müştərilərin gəlirliliyi artırmasına imkan yaradan əhəmiyyətli biznes əlaqələrini aşkarlamaq məqsədilə böyük həcmdə daxili və xarici məlumatların təhlili üçün müasir statistik metodlardan istifadə edərək hərtərəfli biznes həllərini təmin edir. Analitik metodlara proqnozlaşdırma və modelləşdirmə, simulyasiya, optimallaşdırma, ssenarinin planlaşdırılması və məlumatların təhlili aiddir. Məlumatların təhlili metodologiyası süni intellekt və neyron şəbəkə proqramları üzrə 20 ildən artıq müddəti əhatə edən araşdırma və tərtibat fəaliyyətinə əsaslanır.

Kompensasiya və Üstünlükləri

Ödəmə və güzəşt proqramları ilə bağlı xərc və risklər artmağa davam etdiyi üçün şirkətlər işçilərin fəaliyyət effektivliyini və iştirakı yaxşılaşdırmaq məqsədilə yeni və innovativ üsullar axtarışındadırlar.

Deloitte-un mütəxəssisləri ödəmə, güzəşt və digər mükafatlandırma proqramlarının təşkili, reallaşdırılması və idarə edilməsi vasitəsilə müəssisələrin ümumi fəaliyyət nəticələrini təkmilləşdirməkdə onlara yardımçı olur. Mükafatlandırma, sağlamlıq və pensiya müavinəti proqramları üzrə dərin təcrübəyə malik müstəqil və obyektiv məsləhətçilər olaraq, mükafatlandırma sistemini ümumi İR strategiyasının bir hissəsi kimi nəzərdən keçirməkdə və işçilər üçün dəyərin, işəgötürənin xərclərinin və risk idarəetməsinin optimal tarazlığına diqqətdə saxlamaqda müştərilərimizə köməklik göstəririk. Dərin texniki təcrübədən əlavə, mükafatlandırma üzrə məsləhətçi mütəxəssislərimiz strategiyanın qurulmasından başlayaraq icrasına qədər belə proqramlarla bağlı yaranan mürəkkəb məsələləri həll etmək üçün geniş biznes və sənaye təcrübəsinə malikdir. Bundan əlavə, biz pensiya təminatı planını maliyyələşdirən və qəyyum tərəflərin öz pensiya proqramlarını optimal şəkildə idarə edə bilməsi üçün onlara aktuar və investisiya üzrə səriştəmizi təklif edirik.

Qoşulmalar, Birləşmələr və Yenidənqurmalar

Bugünkü rəqabətli biznes mühitində müəssisələr həm daxili gücü ilə, həm də qoşulma və birləşmə yolu ilə inkişaf etməyə səy göstərirlər.

Deloitte-un ARA M&A üzrə peşəkarları əməliyyatın davam etdiyi müddətdə İnsan Resurslarının mühümlüyünə xüsusi diqqət etməklə, qoşulma və birləşmə fəaliyyətinin bütün mərhələlərində (Strategiyanın qurulması, Hədəfin müəyyən edilməsi, Kompleks Yoxlama və Qoşulmadan sonra İnteqrasiya) müştərilərə dəstək göstərirlər. Biz, inkişafın təmin edilməsi üsulları, effektivliyin saxlanmasına dəstək və müəssisələrin birləşməsi (və ya effektiv parçalanması) dünya üzrə 1,000-dən artıq məsləhət xidməti layihələrində qazandığımız təcrübəyə əsaslanırıq. Bu sahə üzrə təcrübəmiz Ümumi Mükafatlar, İR transformasiyası, Müəssisə və Kadrların inkişafı və Aktuar xidmətlər kimi insan resursları ilə bağlı ənənəvi məsələləri əhatə edir. Bu xidmətlər üçün təminat konsaltinq, audit, vergi və maliyyə məsləhəti sahələri üzrə Deloitte-un geniş təcrübəsidir.

Pensiya Təminatı üzrə Xidmətlər

Pensiya təminatçıları marjanı azaldan əngəllər, köhnə texnologiyalar və qanunvericiliklə bağlı qeyri-müəyyənlik şəraitində inkişaf imkanlarını fəal şəkildə idarə edirlər.

Bizim bacarıqlarımız pensiya təminatçılarının öz strateji məqsədlərinə nail olmasına dəstək göstərmək üçün Deloitte-un bütün xidmətlərini dəstəkləyir. Pensiya təminatçıları üçün nəzərdə tutulmuş əsas xidmətlərə dair tövsiyələr sayəsində onlar biznes strategiyasını biznes əməliyyatlara tətbiq edərək bazarda fərqlənməyə nail olurlar. Bizim heyətimiz aparıcı pensiya təminatçıları ilə əməkdaşlıq edərək təcrübə qazanmış şəxslərdən təşkil olunur. Düşünürük ki, müştərilərimiz üçün sənaye standartları, fərqli ideyalar və tətbiqi mümkün olan həllər təklif edə bilərik. Geniş təcrübəmiz, xüsusi xidmət təqdimatımız və sınanmış metodologiyalar sayəsində biz Maliyyə və Pensiya təminatı ilə bağlı Xidmətlər sahəsində lider mövqedəyik. Bizim vəzifəmiz pensiya təminatı strategiyasını təkmilləşdirməkdə, yeni imkanları effektiv şəkildə müəyyən etməkdə, əməliyyat keyfiyyətinin artırılmasında banklar, aktivlərin idarə edilməsi ilə məşğul olan şirkətlər, sığorta şirkətləri və texnologiya istehsalçıları daxil olmaqla pensiya təminatçılarına köməklik göstərməkdir.

Əsas aktuar hesablamalar

Sığorta təşkilatları aktuar idarəetmə departamentlərinin strateji işini yaxşılaşdırmağa səy göstərir. 

Deloitte maliyyə hesabatı, aktuar qiymətləndirmə və sığorta ödənişləri üçün ehtiyatın yaradılması, maliyyə modelləşdirməsi, eləcə də aktuar modelləşdirmə daxil olmaqla, aktuar konsaltinqin bütün sahələri ilə bağlı həm sığorta təşkilatlarına, həm də özünüsığorta müəssisələrinə dəstək göstərir. Biz Həyat, Əmlak sığortası və Bədbəxt hadisələrdən sığorta sahəsində, o cümlədən Bank sektorunda dünyanın ən iri maliyyə xidməti göstərən müəssisələrinin rəhbərləri ilə əməkdaşlıq edir və onlara təklif olunan güzəştlər əsasında müvafiq qərarların qəbuluna yardımçı oluruq.

 

Qanunvericilik, Risk və Kapital ilə bağlı Məsləhətləşmə

Gəlirlərini artırmağa çalışan qlobal maliyyə təşkilatları kapital üzrə mənfəəti artırmaq məqsədilə risk və kapitalın idarəetməsini, xərclərin optimallaşdırılmasını həyata keçirirlər.   

Deloitte Ödəmə qabiliyyəti haqqında Direktiv II-nin, eləcə də maliyyə hesabatı standartlarının tətbiqi sahəsində dərin biliklərə və geniş təcrübəyə malikdir. Məsləhət və texnologiyaların tətbiqi sahəsində göstərdiyimiz xidmətlər vasitəsilə risk idarəçiliyi, qanunvericilik və kapital tələbləri ilə bağlı müəssisələrə yardımçı oluruq.

 

Sığorta, Məhsul və Effektiv Anderraytinq

Sığorta təşkilatları müştərilərin bu günkü tələblərinə cavab verə bilmək üçün məhsul, qiymət və iş proseslərini təkmilləşdirməyə və optimallaşdırmağa çalışırlar. 

Deloitte sığorta məhsullarının strukturu və əlaqədar qiymətqoyma, anderraytinq proseslərinin optimallaşdırılması, o cümlədən anderraytinq sistemində dəyişikliklər vasitəsilə daha effektiv və sürətli təhlillərin aparılması ilə bağlı sığorta təşkilatlarına yardımçı olur.

 

Maliyyə və Aktuar Transformasiya

Sığorta təşkilatları aktuar idarəetmə və maliyyə departamentlərinin strateji işini yaxşılaşdırmağa səy göstərir. 

Deloitte müasir dövrdə sığorta təşkilatlarının bu sahədə üzləşdikləri problemləri aradan qaldıra bilməsi üçün aktuar qiymətləndirmə, risk və maliyyə üzrə əməliyyat modellərinin və sistemlərinin təkmilləşdirilməsində belə müəssisələrə yardımçı olur.

 

Pensiya investisiyalarına ilə bağlı məsləhətləşmə

Bugünkü qeyri-sabit bazar şəraitində qanunvericilik tələblərini təmin etmək və arzuolunan maliyyə nəticələrinə nail olmaq üçün pensiya vəsaitləri üzrə investisiyalarla bağlı ən yaxşı yanaşmanın tətbiqi olduqca vacibdir.  

Deloitte kompleks pensiya ehtiyatlarından sərbəst pensiya planlarına qədər işçi müavinəti və mükafatı proqramlarının bütün sahələri ilə bağlı tövsiyələr təqdim edir. Aktuar güzəştlərə dair tövsiyələrlə birgə biznes sahəsi ilə də bağlı daha müfəssəl tövsiyələrin təmin edilməsi Deloitte-u pensiya və işçi müavinətləri bazarında fərqləndirən cəhətlərdəndir.