Organization Transformation & Talent

Həllər

Təşkilatın transformasiyası və insan qaynaqları

  

Strateji Dəyişiklik

Yeni texnologiya və bazarlar, qaydalar, aktiv iş üsulları, birləşmə və qoşulma ilə bağlı fəaliyyət, iş effektivliyinin artırılması və ya əməkdaşlığın inkişafı üzrə tələblər strateji dəyişikliyə şərait yaradan amillərin yalnız bir qismidir. Deloitte-un Strateji Dəyişikliklərin İdarə edilməsi ilə bağlı praktikası yüksək keyfiyyətdə təşkilati və kadr yönümlü biznes transformasiyasına imkan yaradan, eləcə də davranış qaydalarına, analitik məlumat və təhlillərə əsaslanan yeni və praktiki ideyalar təklif edir. Transformasiya müəssisələri inkişaf üçün lazımi şəraitin yaradılmasında, düzgün qərarların qəbulunda və arzuolunan nəticələrə nail olmaq üçün müvafiq tədbirlərin görülməsində şirkət rəhbərlərinə yardımçı olur. Biznes strategiyasının əhəmiyyətini şəxsiləşdirmək, davranış qaydalarının transformasiya nəticələrinə uyğunluğunu təmin etmək üçün işçilərə yüksək effektivliyi olan layihələr tapşırılır. Bu şəkildə biz, həmçinin, gələcəkdə çatışmazlıqlar və dəyişikliklər zamanı rəhbərlik və idarəetmənin uğurla həyata keçirilməsi üçün korporativ imkanlar yaradırıq.

 

 

Mədəniyyət

Korporativ mədəniyyət mürəkkəb, olduqca dəyərli, təkrarlanması qeyri-mümkün olan və korporativ strategiyaya uyğunluğu təmin edildikdə güclü rəqabət üstünlüyünə malik bir aktivdir. Mədəniyyət "fəaliyyət tərzimizdir" və işçilərin seçimində, onların bir-biri ilə münasibətində və məqsədlərinə nə dərəcədə nail olmalarında özünü biruzə verir.

Mədəniyyətin tələb olunan istiqamətdə idarə edilməsi məqsədilə mövcud və arzuolunan gələcək modelin başa düşülməsi, eləcə də idarəetmə prosesindəki dəyişikliklər, təlim, işəgötürmə və liderlik bacarıqları kimi təşkilati səviyyədə müxtəlif təsir mexanizmlərinin aktivləşdirilməsi vasitəsilə mədəniyyət transformasiya edilə bilər. Deloitte-un Mədəni Bazası və Diaqnostika Aləti iki - əsas və fərqləndirici istiqamətləri araşdırmaqla korporativ mədəniyyətin güclü və çatışmayan tərəflərini başa düşmək, həmçinin, biznes strategiyasının dəstəklənməsi və həqiqi fərqli nəticələrin əldə olunması ilə bağlı tələb olunan vərdişləri stimullaşdırmaq üçün lazımi obyektiv anlayışı təmin edir. "Fərq yaradan anlar"ın diqqətdə saxlanması başlıca davranış modellərini möhkəmləndirmək və qurmaq, eləcə də müəssisənin mədəni məqsədlərinə nail olmaq üçün əsasdır.

Rəhbərliyin İnkişafı

Strategiyanın tətbiqi ilə bağlı müəssisənin fəaliyyət effektivliyi və imkanları onun liderlərinin keyfiyyəti əsasında müəyyən edilir. Bütün səviyyələrdə, həm müəssisə daxilində, həm də direktorlar şurası səviyyəsində rəhbərlik əsas hərəkətverici qüvvə və ya məhdudlaşdırıcı amildir.

Deloitte, düzgün qurulmuş idarəetmə strategiyaları, liderlik bacarıqlarının və kadr ehtiyatının qiymətləndirilməsi, həmçinin, praqmatik strategiyanın yerinə yetirilməsinə yönəlməklə sürətli inkişaf proqramları vasitəsilə liderlik ehtiyaclarının təmin edilməsində müəssisələrə yardımçı olur. Yeni, gələcək nəsil və yuxarı səviyyə rəhbərlər üçün liderlik kanalını və proqramlarını qurarkən davamlı olaraq yaranan biznes problemlərinin həll olunması və işçilərin gözləntilərinin təmin edilməsi ilə bağlı sizə dəstək göstəririk.

Təşkilatın Strukturu

Təşkilati strukturun planlaşdırılması təşəbbüslərinin icrasına yaxşı niyyətlə başlanılsa da, onların yalnız müəyyən bir qismi gözləntilərə cavab verir. İnsanlarda və vəzifələrdə az mənfəətli zəif dəyişikliklər baş verdiyi üçün, bu təşəbbüslər yalnız problem yaradır. Bu cür restrukturizasiya səyləri müəssisənin rəhbərliyinin təcrübə və sağlam düşüncəsinə inamı, bu isə öz növbəsində dəyər və komanda arasındakı bağlılığı sarsıdır.

Təşkilati planlama düzgün qurulub icra edildikdə mürəkkəb biznes şəraitində effektivliyi əhəmiyyətli dərəcədə sürətləndirə bilər. Müəssisənin birbaşa olaraq strategiya və biznes modelinə uyğunlaşdırılması işçilərin fəaliyyət nəticələrini, eyni zamanda biznes göstəricilərini artırır. Deloitte belə vacib uyğunluğu təmin etmək üçün təşkilati planlama ilə bağlı yeni yanaşma hazırlayıb. Həmin yeni metodologiya planların nəzərdə tutulduğu kimi reallaşdırılmasının təmin olunmasına yönəlməklə qərarvermə mərhələsindən planlama və tətbiq mərhələsinə qədər yenidən planlama prosesi ilə bağlı qaydaları müəyyən edir.

 

Texnoloji qavrama

Dünya təşkilatları yeni texnologiyalara əhəmiyyətli dərəcədə investisiyalar ayırmağa davam edirlər. Bu həllər düzgün tətbiq olunduqda şirkətlərin öz biznes fəaliyyətini həyata keçirmə və biznesin effektiviliyini artırmaq üçün öz işçilərindən istifadə etmə qaydalarını əsaslı şəkildə dəyişməyə imkan verir. Yeni texnologiyaları tətbiq etmək və müvafiq investisiyalardan maksimum mənfəət əldə etmək məqsədilə şirkətlər dəyişikliklərə yeni aspektdən yanaşmalıdır. Texnologiyaların tətbiqi ilə bağlı layihələr irimiqyaslı, mürəkkəb və adətən, çoxsaylı coğrafi əraziləri və işçi qruplarını əhatə edir. Belə layihələrdə dəyişikliklərin ağıllı, dəqiqliklə idarə edilməsi tələb olunur.

Uğurlu tətbiq liderlik bacarıqlarının, münasibətlərin və texnologiyaların tətbiq və istifadəsini dəstəkləyən strukturların olması, dəyişikliklərlə bağlı taktika və fəaliyyətlərin xüsusi təşkilati və maraqlı tərəflərin ehtiyaclarına uyğunlaşdırılmasıdır. Deloitte dəyişikliklərin idarə olunmasında, yeni texnologiyalardan istifadə edə bilmək üçün işçilərin lazımi imkanlarla təmin edilməsində, həmçinin, texnologiyalara investisiyalardan maksimum mənfəətin əldə edilməsində müəssisələrə yardımçı olmaq üçün analitik təhlilə əsaslanan ideyalar tətbiq edirik.

İnsan qaynaqları üzrə strategiya

Dünya müəssisələrinin bacarıqlar və liderlik məsələləri haqqında məlumatlarına görə, kadr idarəetməsi biznes və insan resursları ilə bağlı əsas məsələlərdən biridir. Texnologiyalar, qloballaşma və dövlət tənzimləməsinin artması insanların işləmək, öyrənmək, birgə çalışmaq və rəhbərlik etmək tərzini dəyişir. İnsan resursları ilə bağlı yeni, innovativ proqramlar tələbatın artdığı kadr bazarında resursların cəlb edilməsi və diqqət mərkəzində saxlanması üçün xüsusi əhəmiyyətə malikdir. Belə mühitin mürəkkəbliyini nəzərə alsaq, bir sıra müəssisələr növbəti addımların istiqamətini müəyyən etməyə çətinlik çəkirlər. Bu məsələ ilə bağlı biz yardımçı ola bilərik.

Deloitte-un Kadr Strategiyası ilə məşğul olan qruplarının sizinlə əməkdaşlığı sayəsində şirkətinizin kadr strategiyaları biznes strategiyasının reallaşmasına imkan yaradır. Xidmətlərimizə İşçi qüvvəsinin planlaşdırılması, Kadr axtarışı və əldə edilməsi, Fəaliyyət effektivliyi, Kadrların cəlb edilməsi, Təlimlər, Liderlik bacarıqlarının, Karyeranın İnkişafı və Davam etdirilməsi, Heyətin şəxsiyyət müxtəlifliyi və Fərdi xüsusiyyətlərinin nəzərə alınması, Kadr analitikası daxildir. Effektiv kadr strategiyası qurmaqla dünyanın istənilən hissəsində düzgün kadrları, bacarıq və alətləri tətbiq və istifadə edə, kadrların biznesin artan tələbatlarına cavab verəcək səviyyədə inkişafı üçün onları müxtəlif imkanlarla təmin edə bilərsiniz.

Təlim Həlləri

Təlimlər vasitəsilə işçilərin potensiallarını müəyyən etmək mürəkkəb və yüksək rəqabətin müşahidə olunduğu mühitdə üstünlüyü ələ almaq üçün mühüm rola malikdir. Şirkətin bazardakı rəqiblərdən irəlidə olması, qoşulma və birləşmə əsasında səyləri birləşdirməsi, maliyyə hədəflərinə nail olması və davamlı şəkildə müştəriləri tələblərini təmin etməsi onun işçilərinin biznes strategiyasının uğurlu icrasına nail olmaq üçün zəruri bacarıq və davranışlara yiyələndiyini göstərir.

Deloitte-un Təlim Həlləri təlimin biznes baxımından təşkili, hazırlanması və keçirilməsi üzrə inteqrasiya olunmuş yanaşma əsasında təlimlərin reallaşdırılmasına imkan verir. Biz bilirik ki, təlim özlüyündə fəaliyyətə təsir göstərən amillərdən biridir. Təlim və təkmilləşmə funksiyalarının biznesin bütün səviyyələri üzrə işçilərin strateji imkanlarını artıran və gücləndirən ümümumiləşdirilmiş təlim strukturuna transformasiyası sahəsində böyük təcrübəmiz vardır.

Satış komandasının effektivliyi

"Cloud" hesablama metoduna keçid, universal bazara çıxış modellərinin tətbiqi, qeyri-müntəzəm qlobal iqtisadi inkişaf və qanunvericiliyə düzəlişlər kimi sənaye dəyişiklikləri satış təşkilatlarına mənfi təsir göstərir və müştərilər belə dəyişikliklərdən yararlana bilmək üçün satış təşkilatlarının mövqeyi ilə bağlı yenidən qiymətləndirmə aparırlar.

Deloitte-un Effektiv Satış Xidməti praktikası satış komandalarının planlaşdırılması, təşkili, mükafatlandırılması və fəaliyyətinin təmin edilməsi metodlarını təkmilləşdirərək mənfəətlə gəlirləri artırmaqda müştərilərə yardımçı olur. Biz, strategiyanın yaradılması və gəlirin artırılmasına yönəlməklə, texnologiya və proses həllərinin tətbiqi ilə, eləcə də analitik təhlillərdən istifadə etməklə müştərilərimizin satış təşkilatlarından daha çox effektivlik əldə etməsinə dəstək göstəririk. 

 

Qoşulma, Birləşmə və Yenidənqurma

Şirkətlər qoşulma, birləşmə və ya yenidənqurma kimi səy göstərirlər və bu fəaliyyətlərin onların biznes effektivliyini artıracağına inanırlar. Bu səylərin kadrlarla bağlı hissəsinin düzgün qiymətləndirilməsi və idarə edilməsi potensial effektivliyə nail olmaq üçün çox vacibdir.

Qoşulmalar və birləşmələr və yenidənqurma işləri üzrə Deloitte-un mütəxəssisləri 1,000-dən artıq qlobal layihələrdə inkişafın təmin edilməsi, effektivliyin saxlanması və müəssisələrin birləşməsi (müəssisələrin effektiv şəkildə parçalanması) ilə bağlı qazanılmış təcrübəyə əsaslanırlar. Bu sahədə təcrübəmiz Ümumi Mükafatlar, Müəssisə və Kadrların inkişafı, korporativ mədəniyyətin dəyişməsi, İR transformasiyası və Aktuar xidmətlər daxil olmaqla əməliyyat müddətində İnsan Resursları ilə bağlı bütün məsələləri əhatə edir. Bu xidmətlər üçün təminat biznes və işçi yönümlü kompleks yanaşma əsasında konsaltinq, audit, vergi və maliyyə məsləhəti sahələri üzrə Deloitte-un geniş təcrübəsidir.

Bizim liderlə tanış olun

Tural Hacıyev

Tural Hacıyev

Direktor, Məsləhət xidmətləri

Tural Deloitte Azərbycanda risklərin idarə olunması, təhlükəsizlik və gizlilik üzrə məsul Direktor vəzifəsində çalışır. Onun kareyerası ərzində Tural şirkətlərə yenilikçi həllər üzrə Azərbaycan, MDB v... Daha çox