Xidmətlər

Kommersiya Hüququ sahəsində xidmətlər

Sabahı düşünərək

Qlobal miqyasda şirkətlər bir çox biznes problemləri ilə üzləşirlər. Buraya onların fəaliyyət göstərdikləri ölkələrdə yerli qanunvericilik orqanları tərəfindən tətbiq edilən getdikcə sərt xarakter alan qaydalar daxildir. Praktiki yanaşmaya malik olan təcrübəli məsləhətçi kimi, Deloitte şirkətlərə bu tələblərin yerinə yetirilməsində və kommersiya həlləri işləyib hazırlamaqda yardımçı olur. Deloitte müştərilərin ehtiyacları və fəaliyyəti haqqında ətraflı məlumat əldə etmək üçün geniş vaxt ayırır. Biz müxtəlif ölkələrdə kommersiya fəaliyyəti ilə bağlı geniş çeşidli hüquq xidmətləri təklif edirik. Bizim təcrübəmiz və qlobal nailiyyətlərimiz bizə mürəkkəb hüquq qaydaları və problemlər ilə üzləşən şirkətlərə fərdi və müştəri tələblərinə uyğunlaşdırılmış xidmətlər göstərmək imkanı verir.

Kommersiya hüququ ilə bağlı xidmətlərimizlə tanış olmaq üçün linkə daxil olun.

Şirkətin funksiyalarının yenidən təşkili və xidmətlərin göstərilməsi üçün kənar resursların cəlb edilməsi

Hazırkı qlobal iqtisadi şərait xidmətlərin alınması yolu ilə xərclərə qənaət etmək istəyən şirkətlər üçün yeni imkanlar açır. Şirkətin funksiyalarının aşağıdakı istiqamətlərdə mərkəzləşdirilməsi məqsədəmüvafiq praktika hesab olunur: istehsal miqyasının artması hesabına qənaət, şirkətin əmək qüvvəsi ucuz olan yerə köçürülməsi və ya xidmətlərin göstərilməsinə əlverişli qiymət təklif edən kənar şirkətlərin cəlb edilməsi və qismən kənar məsləhətçilərin cəlb edilməsi. Deloitte şirkətlərə bir sıra xidmətlərin göstərilməsi ilə bağlı köməklik göstərir və texnoloji infrastruktur və dəstəyin verilməsini, biznes proseslərinin kənar resurslar tərəfindən icra edilməsini, istehsal və telekommunikasiya sahələrini əhatə edir.

Bizim yanaşmamız ilk növbədə şirkətin kommersiya məqsədlərini həyata keçirməyə yönəlmişdir. Biz şirkətlərə bugünkü bazar şəraitində rəqabəti qoruyub saxlamaq üçün vacib olan sərbəst iş əlaqələrini qurmağa yardımçı oluruq. Şirkətlərə onların fəaliyyət dövrlərinin istənilən mərhələsində dəstək verməyə hazırıq:

  • Yeni müqavilələr üzrə danışıqların aparılması;
  • Cari müqavilələrin yenidən qiymətləndirilməsi və bağlanması
  • Mübahisələrin həlli
  • Razılaşdırma və məhkəmə prosesləri ilə bağlı strategiyanın qurulması
  • Vasitəçilik, arbitrasiya və məhkəmə prosesləri

Daşınmaz əmlak, o cümlədən satınalma, silinmə və portfelin idarə edilməsi

Qlobal olaraq daşınmaz əmlak bazarına qlobal maliyyə böhranı və zəif bərpa səviyyəsi öz təsirini göstərməkdədir. Bu, sürətlə dəyişən qanunvericilik mühitinin təsirindən daha da güclənməkdədir. Bu mühitin uğurla idarə edilməsi üçün şirkətlər üçün biznes strategiyasını anlayan və kommersiya məqsədlərinə nail olmaq üçün praktiki və uyğun məsləhətlər verə bilən təcrübəli hüquq məsləhətçisinin olması zərurətə çevrilir. 

Deloitte şirkətlərə daşınmaz əmlak sektorunda biznes fəaliyyəti ilə bağlı hüquqi nəticələr, habelə daşınmaz əmlakla bağlı satınalmalar və maliyyə yoxlamaları, müqavilələrin müzakirəsi və aidiyyəti kommersiya məsələləri barədə məsləhət xidmətləri təmin edir. Biz, həmçinin, ticarət mərkəzlərindən, ofis binalarından kommersiya məqsədləri ilə istifadə edilməsi ilə bağlı hüquqi xidmətlər göstəririk. 

Deloitte strateji biznes məqsədlərini nəzərə alır və müxtəlif istiqamətlər üzrə praktiki təlimatlar təklif edir.

Daşınmaz əmlak, o cümlədən satınalma, silinmə və portfelin idarə edilməsi

Qlobal olaraq daşınmaz əmlak bazarına qlobal maliyyə böhranı və zəif bərpa səviyyəsi öz təsirini göstərməkdədir. Bu, sürətlə dəyişən qanunvericilik mühitinin təsirindən daha da güclənməkdədir. Bu mühitin uğurla idarə edilməsi üçün şirkətlər üçün biznes strategiyasını anlayan və kommersiya məqsədlərinə nail olmaq üçün praktiki və uyğun məsləhətlər verə bilən təcrübəli hüquq məsləhətçisinin olması zərurətə çevrilir.

Deloitte şirkətlərə daşınmaz əmlak sektorunda biznes fəaliyyəti ilə bağlı hüquqi nəticələr, habelə daşınmaz əmlakla bağlı satınalmalar və maliyyə yoxlamaları, müqavilələrin müzakirəsi və aidiyyəti kommersiya məsələləri barədə məsləhət xidmətləri təmin edir. Biz, həmçinin, ticarət mərkəzlərindən, ofis binalarından kommersiya məqsədləri ilə istifadə edilməsi ilə bağlı hüquqi xidmətlər göstəririk.

Deloitte strateji biznes məqsədlərini nəzərə alır və müxtəlif istiqamətlər üzrə praktiki təlimatlar təklif edir.

Əqli mülkiyyət hüquqları, habelə onların qeydiyyatı, qorunması və müdafiəsi

Qloballaşma, davamlı olaraq dəyişən hüquqi tənzimləmə qaydaları və texnoloji yeniliklər biznes əməliyyatlarının mürəkkəbliyini artırmışdır. Bunun nəticəsi olaraq, Əqli mülkiyyət hüququ (ƏMH) ilə bağlı hüquq və qanunvericilik tələblərinin yerinə yetirilməsi sahəsində risklər əvvəlkindən daha ciddi şəkildə idarə edilməlidir.

Deloitte şirkətlərə ƏMH ilə bağlı bütün məsələlərin, xüsusilə də ticarət nişanlarının qeydiyyatı, lisenziya müqavilələrinin hazırlanması, dövlət orqanlarında təmsil olunma kimi məsələlərin həll edilməsində yardımçı olur. Bundan başqa, Deloitte ticarət nişanlarının və digər ƏMH qorunması ilə bağlı xidmətlər göstərir.

Deloitte qlobal miqyasda fəaliyyət göstərməklə yerli qanunvericilik sahəsində dərin və geniş biliyə, habelə şirkətlərə xarici ölkələrin qanunvericilik tələbləri ilə bağlı hüquq məsləhətinin verilməsi bacarıqlarına malikdir.

Haqsız rəqabət və anti-inhisar qanunvericiliyi ilə bağlı xidmətlər

Deloitte kommersiya fəaliyyəti ilə bağlı məhdudiyyətləri, haqsız rəqabət və anti-inhisar qanunvericiliyi sahəsində nəzarəti həyata keçirən səlahiyyətli orqanların apardığı yoxlamalar çərçivəsində şirkətləri və yüksək səviyyəli rəhbərləri təmsil edir.

Deloitte şirkətləri riskin praktiki idarə edilməsi strategiyaları, qanunvericilik tələblərinə əməletmə qaydaları, böhranın idarə edilməsi və məhkəmə prosesinin təsirinin qiymətləndirilməsi üzrə təlimatlarla təmin edir.

Deloitte-in qlobal əhatə dairəsi və geniş xarici təcrübəsi şirkətə beynəlxalq ticarət məsələlərinə, habelə kartel və dövlət təşkilatları tərəfindən intizam araşdırmaları ilə bağlı məsələlərə dair məsləhət vermək imkanı yaradır.

Kommersiya qanunvericiliyi sahəsində məhkəmə işi, o cümlədən ağ yaxalıq cinayəti

Şirkətlər xarici məhkəmə orqanları və xarici arbitraj məhkəməsi tərəfindən məhkəmə prosesinə cəlb edilə bilərlər. Deloitte dünyanın müxtəlif yerlərində biznes məsələləri ilə bağlı məhkəmə proseslərinin həllinə köməklik göstərə bilərlər.

Deloitte-in məhkəmə təcrübəsi kommersiya fəaliyyətində məhkəmə proseslərinin və öhdəlik məsələlərinin həll olunmasında səriştəli olan, eləcə də cinayət hüququ sahəsində çalışan mütəxəssislərdən təşkil edilmişdir.

Deloitte-in yanaşması təcrübəli biznes məsləhətçiləri ilə hüquq sahəsində dərin təcrübəni özündə birləşdirir. Qlobal xidmət dairəmizi, yerli qanunverici orqanlarla iş tarixçəmizi və qərarların verilməsini çətinləşdirən mədəniyyət və prosedur müxtəlifliyi barədə geniş anlayışımızı nəzərə alaraq, biz xarici ölkələrdə şirkətlərə məhkəmə prosesləri ilə bağlı dəstək göstərmək üçün ixtisaslaşmışıq.

Müflisləşmə, ödəniş qabiliyyətinin olmaması və korporativ yenidənqurma

Qlobal maliyyə böhranı bir sıra müəssisələri qeyri-stabil vəziyyətə salmışdır. Şirkətlər müxtəlif seçimlərlə mübarizə apararkən Deloitte-un Hüquq departamenti onlara bərpa olunma üçün müflisləşmə prosesindən kənar restrukturizasiya, strukturlaşdırılmış satışın yerinə yetirilməsi və müflisləşmə ilə bağlı hüquq xidmətlərinin göstərilməsi kimi seçimlər təklif etməklə yardımçı ola bilər. Biz əmlakı siyahıya alınmış müəssisələrlə, eləcə də potensial alıcılarla, səhmdarlarla və direktorlarla, kreditorlarla və müflisləşməni tənzimləyən şəxslərlə işləyirik.

Deloitte-un Hüquq departamentinin bu sahədəki təcrübəsi bankirlər, hüquqşünaslar, məhkəmələr, kredit sığortaçıları və dövlət qurumları kimi üçüncü tərəflərlə birgə işdən əldə olunan uzun illik təcrübəni özündə əks etdirir. Deloitte-un Hüquq departamenti müxtəlif fikirlərə əsaslanan təlimatların təmin edilməsi üçün dünya üzrə maliyyə, vergi və ya əmək hüququ sahəsində xüsusi bacarıqlara malik olan əməkdaşlarla birgə işləyir.

Yerli qanunvericilik və idarəetmə tələblərinə riayət etmə

Hazırda şirkətlər çoxlu sayda çətin milli və beynəlxalq qanun və qaydalara əməl etməli, habelə qanunvericiliklə bağlı məsələlərin yerinə yetirilməsini və qarşısının alınmasını təmin etmək üçün effektiv biznes proseslərinə malik olmalıdırlar. Deloitte-un Hüquq departamenti şirkətlərə öz fəaliyyət sahələrinə və əməliyyat bazalarına, o cümlədən aşağıdakılara uyğun yerli qanunvericilik və idarəetmə öhdəlikləri ilə bağlı təlimatlar təqdim edir:

  • Ticarət konvensiyaları
  • Vergi və maliyyə qaydaları
  • Əqli mülkiyyətlə bağlı məhdudiyyətlər
  • Ətraf mühitlə bağlı qaydalar. 

Deloitte-un hüquq departamenti müəssisələrin fərdi tələbləri və əməliyyatla bağlı məsələləri barədə məlumat əldə etmək üçün müəyyən vaxt sərf edir. Biz kommersiya sahəsində geniş biznes həlləri bazasını və geniş qlobal xidmət dairəmizi təklif edirik. Təcrübəmiz bizə mürəkkəb hüquqi qaydalar və problemlər ilə üzləşən şirkətlərə əlaqəli praktiki həllər təqdim etmək imkanı verir.

Deloitte-un Hüquq praktikası dedikdə Deloitte Touche Tohmatsu Limited şəbəkəsinə daxil olan və hüquq xidmətləri göstərən üzv şirkətlərin hüquq praktikası nəzərdə tutulur. Hüquq və qanunvericilik səbəblərindən bütün üzv şirkətlər hüquqi xidmətlər göstərmir.