worker in factory

Təfərrüatlar

İnkişaf üçün İstehsal

Dünya İqtisadi Forumu Deloitte Touche Tohmatsu Limited ilə birgə

“Emal Sənayesi Gələcəkdə” adlı hesabatda ölkələr və şirkətlər arasındakı rəqabətin gələcək vəziyyətini formalaşdıran bir sıra amillər müəyyən edilmişdir. Ən mühüm üç sahə daha irəlidədir: insan kapitalı və kadr hazırlığı; innovasiyalar və texnologiyaların inkişafı; siyasət tərtibatçıları ilə iri sahibkarların əməkdaşlığına xüsusi diqqət verməklə dövlət siyasətindən strateji istifadə.

“Emal Sənayesi Gələcəkdə” adlı hesabatda ölkələr və şirkətlər arasındakı rəqabətin gələcək vəziyyətini formalaşdıran bir sıra amillər müəyyən edilmişdir. Ən mühüm üç sahə daha irəlidədir: insan kapitalı və kadr hazırlığı; innovasiyalar və texnologiyaların inkişafı; siyasət tərtibatçıları ilə iri sahibkarların əməkdaşlığına xüsusi diqqət verməklə dövlət siyasətindən strateji istifadə.

Manufacturing for Growth Summary

İnkişaf üçün İstehsal (Manufacturing for Growth) silsiləsi aşağıdakı əsas rəqabət amillərini müəyyən edir və üç cilddən ibarətdir:

• Cild 1 (Qlobal Rəqabət Siyasəti) - effektiv milli sənaye siyasətinin xüsusiyyətlərini müəyyənləşdirmək üçün əsas diqqət 6 ölkəyə yönəldilir.

• Cild 2 (Rəqabət üçün Əməkdaşlıq) - dünya üzrə ictimai-özəl əməkdaşlıqla bağlı konkret halların tədqiqini nəzərdən keçirilir.

• Cild 3 (İnkişafa təkan verən Emal Dəyər Zənciri) – xüsusi – aviakosmik, avtomobil və kimya sənaye sektorları üzrə yaradılmış dəyər və iş yerləri göstərilir.

Cild 1

“Hesabatımızda istehsal fəaliyyəti üçün proqressiv, innovativ mühit yaratmaq üçün vacib və hazırda mövcud olan biznes və dövlət dəstəyi göstərilir”, Dow Kimya Müəssisəsinin sədri və baş icraçı direktoru, eləcə də Dünya İqtisadi Forumunun İnkişaf üçün İstehsal layihəsinin baş icraçı direktoru Andrew Liveris qeyd etmişdir. “Emal, digər sektorlarla müqayisədə daha çox iş yerinin yaradılması; cəmiyyətin hər bir sektoru üzrə yeniliyin tətbiqi; istehlakçı həllərinin təmin edilməsi vasitəsilə effektivliyi artırır ki, bu amillər də perspektivli, davamlı iqtisadi inkişafın əsaslarını təşkil edir.

Cild 2

İnkişaf üçün İstehsal adlı 3 cilddən ibarət hesabat müəyyən etmişdir ki, dünya üzrə icraçı rəhbərlər enerji və infrastruktur üzrə daha güclü siyasətlər, təhsilə və işçi qüvvəsinə daha çox yönəlmiş qaydalarla yanaşı, vergiləri sadələşdirən, azad və ədalətli ticarəti müdafiə edən dövlət siyasətlərinin olmasını tələb edirlər. Həmçinin, onlar müasir emal prosesinə imkan yaradan elm, texnologiya və innovasiya ilə bağlı siyasətlərin də olmasını istəyirlər.

Cild 3
Did you find this useful?