Həllər
Birləşmə və Udulma əməliyyatları üzrə məsləhət
Bugünkü makroiqtisadi mühit əməliyyat xidmətləri ilə bağlı əvvəllər təsdiq olunmuş yanaşmaları və biznes fəaliyyətindən yaranan “yüksək tələblər” prinsipinə diqqəti tamamilə neytrallaşdırıb. Yarandığı dövrdən etibarən heyətimiz müştərinin maraqları/məqsədləri habelə müvafiq biznes spesifikası barədə dərin anlayışlarına əsaslanan fərdi təhlillərə və hazırda mövcud olan birgə uğurlu fəaliyyətlərin (təkcə nəzəri baxımdan deyil), eləcə də şirkətin gələcək fəaliyyətinin təhlilinə istinad edib. Mütəxəssislərimizin hər sektor üzrə əməliyyatların mahiyyətini araşdırmaq imkanı verən özünəməxsus bilik bazası və Deloitte-un qlobal şəbəkəsi dünyanın ən uzaq məkanlarında investisiyaların yerləşməsinə şərait yaradır.
Biz qiymətləndirmə, maliyyə modelinin qurulması və iqtisadi konsaltinq üzrə mürəkkəb tapşırıqları həll edirik.
Bizim əsas gücümüz müxtəlif bazar iştirakçıları arasında maraqların tarazlı şəkildə saxlanmasında müstəqil hakim kimi çıxış etməkdir. Bu funksiya Birləşmə və Satınalma əməliyyatlarını planlaşdırarkən xüsusi əhəmiyyətə malikdir.
Bizim auditorlardan tutmuş dövlət orqanlarına qədər müxtəlif sahədən olan şirkətlərlə, öz nəticələrimizi istənilən səviyyədə razılaşdırmaq və qorumaq üzrə geniş uğurlu əməkdaşlıq təcrübəmiz vardır.
Biz Azərbaycanda konsaltinq sahəsində çalışan şirkətlərdən biri olaraq MDB bazarları barədə praktiki bilikdən və dərin anlayışdan faydalanırıq. Bundan başqa çoxşaxəli Deloitte şəbəkəsi bizə həllərin təqdim edilməsində beynəlxalq təcrübədən faydalanmaq imkanı verir.