Talent survey

Təhlil

Gələcəyin təchizat zənciri üzrə kadrı 

Deloitte-un üçüncü illik Təchizat Zənciri Anketinin nəticələri

Hər il, Deloitte ABŞ üzv şirkəti təchizat zənciri üzrə icraçı direktorlar arasında sorğu keçirərək, bu sahədəki əsas problemləri və bu məsələləri həll etmək üçün onların gördüyü tədbirləri araşdırır. Sürətlənən texnoloji inkişaf və geniş vüsət alan əməliyyat modelləri ilə üzərində eksperimentlər, dramatik təchizat zənciri transformasiyasına gətirib çıxarır. Şirkətlər təklif edirlər ki, artan narahatlıqlardan ən mühümü istedadlı kadrlar məsələsidir. Deloitte-un sorğusu bir daha təsdiq edir ki, yalnız bir neçə icraçı direktor onların sahəsində və təşkilatlarında istedadlara çox güclü inam və etibarın olmasını qeyd ediblər.

Mətn ilə tanış olun

Liderlərin üstünlüyü

İcraçı direktorların yalnız 38 faizi həddindən artıq və ya çox əminliklə qeyd ediblər ki, onların təhcizat zənciri təşkilatı lazım olan səriştələrə malikdir. Digər nəticələr isə bunlardır:

 

  • İstehsal şirkətləri üzrə respondentlərin 24 faizi hazırda 3D çap üsulundan istifadə etdiklərini bildirirlər; digər 21 faiz yaxın üç ildə bu üsuldan istifadə edəcəklərini planlaşdırır. İcraçıların 70 faizdən çox hissəsi sorğuda qeyd olunan 13 sürətlə inkişaf edən texniki imkanların hazırda 12-dən istifadə etdiklərini və ya edəcəklərini bildirirlər; qeyd olunan səkkiz texniki bacarıqdan yalnız ikisinin respondentlər tərəfindən üstünlük hesab edildiyi məlum oldu.
  • Sorğuda iştirak edən bütün icraçıların 38 faizi əminliklə fəaliyyət göstərdikləri təchizat zənciri müəssisəsinin hazırda tələb edilən imkanlara malik olduğunu bildirir.
  • Respondentlərin 43 faizi fəaliyyət göstərdikləri müəssisənin “strateji düşüncə və problemlərin həlli” sahəsində mükəmməl və ya çox yaxşı bacarığa malik olduğunu bildirir.
  • Bununla belə, həmin iştirakçıların 44 faizi onların fəaliyyət göstərdikləri müəssisələrdə tələb olunan bilik, bacarıq və imkanların təmin ediləcəyinə inanır. Bu inam əsassızdır? Bəlkə də yox.

Bu hesabatda müəyyən etdiyimiz kimi, insan resursları ilə bağlı tələblər artdıqca təchizat zənciri müəssisələrinin yararlanacağı effektiv modellər tətbiq olunur. Onların arasında lider olan müəyyən tərəflər artıq bir çox sahələrdə yüksək nəticələr əldə edərək irəliləyirlər.

Deloitte-un 2015 Təchizat zənciri adlı hesabatının PDF varıantını yüklə

It seems clear: to meet a company’s strategic objectives in the future, ever greater competencies in the talent pool will be required. Which kind of supply chain organization are you building?

Did you find this useful?