Supply Chain Offerings

Həllər

Təchizat Zənciri üzrə təkliflər

Təchizat Zənciri Strategiyası

Müəssisənin ümumi biznes strategiyasını dəstəkləmək üçün təchizat sisteminin mərhələlərinin düzgün əlaqələndirilməsi və qurulması mürəkkəb bir vəzifədir. Bu fəaliyyət düzgün şəkildə həyata keçirildikdə təchizat zənciri üzrə yüksək göstəricilərin olması və strateji baxımdan uyğunlaşdırılmış əməliyyat modelinin tətbiqi əməliyyat xərclərinin azaldılması, aktivlərdən istifadənin optimallaşdırılması, müştərilərə yüksək keyfiyyətdə xidmətlərin göstərilməsi və rəqabətli mühitdə üstünlüyün ələ alınması üçün böyük əhəmiyyət kəsb edir.

Deloitte-un Təchizat Zənciri Strategiyası ilə bağlı praktikası kompleks biznes strategiyasının davamı olan müvafiq strategiyaların qurulması, təkmilləşdirilməsi və tətbiqində müəssisələrə yardımçı olur. Müəssisəniz üçün gələcək əməliyyat modelini (heyət, proses və texnologiya), o cümlədən şəbəkə layihəsini, ticarət tərəfdaşı ilə münasibətləri, təchizat zənciri üzrə risk idarəetməsini, birləşmələr və udulmalarla bağlı imkanları əhatə edən strategiyanın və keçid üzrə fəaliyyət planının hazırlanması üçün mövcud təchizat sisteminin effektivliyini və imkanlarınızı, eləcə də gələcək tələblərinizi başa düşmək məqsədilə sizinlə əməkdaşlıq edirik.

Təchizat Zəncirinin Planlaşdırılması

Təchizat zəncirinin bir çox hissələrinin müəssisənin maliyyə planına uyğun şəkildə effektiv inteqrasiyası maliyyə nəticələrinin və bazarda rəqabət qabiliyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına yardımçı ola bilər.

Deloitte-un Təchizat Zəncirinin Planlaşdırılması praktikası müştəri xidməti səviyyəsini, təchizat sistemi xərclərini, işlək kapitalı tənzimləmək və optimallaşdırmaq məqsədilə müştəri tələblərinin, təchizat zənciri üzrə aktivlərin və işlək kapitalın effektiv idarə edilməsi və koordinasiyasına köməklik göstərir. Biz təchizat zəncirinin bütün mərhələləri üzrə planlama konsepsiyasının müəyyən olunması, prosesin təkmilləşdirilməsi, təchizat sistemi sərbəstliyinin təmin olunması, xidmətin/nöqsanların aradan qaldırılmasının planlaşdırılması, sistem tətbiqləri, effektivlik göstəriciləri, analitika, təşkilati strukturun planlaşdırılması və dəyişikliklərin idarə edilməsi ilə bağlı müəssisələrə dəstək göstəririk.

İstehsal Strategiyası və Əməliyyatları

Deloitte-un İstehsal Strategiyası və Əməliyyatları praktikası Birləşmələr və satınalmalar mühiti daxil olmaqla, müştərilərimizin dəyər zəncirində əsas əməliyyat bəndlərinin inkişafına şərait yaradır. Biz istehsal səmərəliliyini artıran metodların tətbiqi, analitika və fəaliyyət imkanlarının transformasiyası üçün istehsal imkanlarının planlaşdırılması vasitəsilə istehsal strategiyasını müəyyən etməkdə, istehsal sistemlərini və təchizatçı münasibətlərini tənzimləməkdə müştərilərimizə dəstək oluruq. Qənaəti, operativliyi və xalis aktivlər üzrə gəlirləri artırmaqla Deloitte öz müştərilərini sürətlə dəyişən, getdikcə mürəkkəbləşən rəqabətli qlobal bazardakı üstünlüyü ələ almaq üçün hazırlayır.

Təchizat və Satınalma

2020-ci ildə təchiz etmə prosesi hazırkı ilə müqayisədə çox fərqli olacaq. Belə əsaslı və sürətli dəyişiklik müəssisələrdə tələb olunan müxtəlif mal və xidmətlərin həmin müəssisələr tərəfindən əldə edilməsi və alışı qaydalarının dəyişməsinə səbəb olur. Nəticədə, hazırda və gələcəkdə dəyişən problemləri aradan qaldırmaq və imkanlardan istifadə etmək üçün yeni strategiyalar, bacarıqlar, biliklər və alətlər yaranır.

Deloitte-un Təchizat və Satınalma qrupu bu məsələlərin aradan qaldırılması, eləcə də böyük və effektiv nəticələrin əldə edilməsində Müştərilərə dəstəyin göstərilməsi sahəsində təcrübəyə malikdir. Biz Müştərilərimizin təchizat mənbələrinin axtarışı ilə bağlı səylərini dəstəkləyirik və müştərilərlə əməkdaşlıq edərək onların tələblərinə uyğunlaşdırılmış, qısamüddətli və uzunmüddətli dəyər güzəştlərini, biliklərin ötürülməsini, mədəniyyətdəki dəyişikliyi və imkanların artırılmasını nəzərdə tutan müvafiq yanaşmalar əsasında strategiyalar hazırlayaraq tətbiq edirik. Xərc diaqnostikası, imkanların qiymətləndirilməsi, qlobal səviyyədə strateji sorsinq, əməliyyat modelinin və təşkilati strukturun planlaşdırılması, texnologiyadan istifadə, müqavilə risklərinin və effektivliyin idarə edilməsi, birləşmə və udulmalar vasitəsilə birbaşa və dolayı xərc ehtiyaclarını optimallaşdırmaqda müştərilərimizə köməklik göstərərək sürətli və mühüm nəticələrə nail oluruq.

 

Logistika və Distribusiya

Logistika və distribusiya şəbəkələrinin çox mürəkkəb olması bir çox şirkətlər üçün qlobal miqyasda məhsul və materialların bir nöqtədən digər nöqtəyə çatdırılmasına çətinlik törədir.

Deloitte-un Logistika və Distribusiya qrupu zəruri məhsulların tələb olunan vaxtda müvafiq nöqtələrə çatdırılması üçün ən effektiv strategiya və metodların müəyyən edilməsi ilə bağlı bir sıra müəssisələrlə əməkdaşlıq edir. Biz paylama şəbəkəsi strategiyası, logistika üzrə autsorsinq strategiyası, logistika üzrə kənar xidmət təchizatçılarının cəlb edilməsi, logistika üzrə əməliyyat modeli, daşımaların optimallaşdırılması, distribusiya əməliyyatları və obyektin layihələndirilməsi, sifariş-ödəniş prosesinin optimallaşdırılması, nəqliyyatın idarə edilməsi sistemləri və digər məsələlərin həll olunmasına yardımçı oluruq.

Məhsul Yaratma

Məhsulun həqiqətən effektiv şəkildə planlaşdırılması və yaradılması prosesi üçün həm strateji, həm də əməliyyat konsepsiyası tələb olunur. Bu gün hər iki konsepsiyanın təmin edilməsi olduqca çətindir. Məhsul istehsal müəssisələr bazarın növbəti fəal iştirakçılarından olmaq məqsədilə daha böyük ideyalar irəli sürməyə səy göstərirlər və belə fəaliyyəti məhsulun bazara çıxarılma müddətini uzatmaqla, gəlirliliyi artırmaqla, xərclərə qənaət etməklə, eləcə də uyğunluq qaydalarının tətbiq edildiyi dəyişkən mühiti tənzimləməklə həyata keçirirlər.

Deloitte-un Məhsul Yaratma praktikası məhsulun keyfiyyətini yaxşılaşdırmaq, bazara çıxarılma müddətini qısaltmaq, araşdırma və inkişaf üzrə investisiyalardan gəliri artırmaq məqsədilə müəssisələrin müvafiq imkanlarının artırılması üçün onlara yardımçı olur. Biz məhsul və layihə portfelinin idarə edilməsi, yeni məhsulların hazırlanması və dəyişikliklərin idarə olunma prosesləri, hərtərəfli inkişaf zamanı əməkdaşlığın edilməsi, təşkilati effektivlik, məhsul haqqında məlumatların idarə edilməsi və texnologiyaların tətbiqi ilə bağlı sizə dəstək göstərə bilərik.

 

Bizim liderlə tanış olun

Tural Hacıyev

Tural Hacıyev

Direktor, Məsləhət xidmətləri

Tural Deloitte Azərbycanda risklərin idarə olunması, təhlükəsizlik və gizlilik üzrə məsul Direktor vəzifəsində çalışır. Onun kareyerası ərzində Tural şirkətlərə yenilikçi həllər üzrə Azərbaycan, MDB v... Daha çox