Təfərrüatlar
Həllər
Cəmiyyətdəki ən çətin problemləri həll etmək üçün birləşmək
Müəlliflər William Eggers və Paul Macmillan bügünkü ən mühüm sosial problemləri həll etmək üçün ictimai və özəl sektorun kəsişmə yollarını təhlil edirlər.
Yeniliklərə qoşulun!
Ciddi sosial problem qaldığı halda, vətəndaşlar, sosial müəssisələr və hətta şirkətlər hökumət tərəfindən verilən həllərə getdikcə daha az etibar edirlər. Çox güman ki, bunlar xalq hesabına maliyyələrşdirmə, birgə paylaşma, çətin həll olunan problemlər üçün tətbiqi proqramların hazırlanması və ya asan həllərin planlaşdırılmasına güclü investisiyalardan ibarətdir. Afrikada malariyadan başlayaraq Kaliforniyada tıxaclara qədər bu kimi məsələlər üzrə reaksiyanın olmaması çox qorxuludur.
Bu dalğanı yaradanlar mənfəətlə bağlı sosial rifahı təmin etmək üçün ildə 15% inkişaf tempi olan problemli sosial müəssisələrdən, inkişaf istiqamətində yardımı kölgədə qoyan iri fondlardan başlayaraq Fortune 500-ə daxil olan şirkətlərə qədər dəyişir. Bu yeni problemləri həll edənlərin kollektiv gücü sosial rifah üçün dinamik və sürətlə inkişaf edən bazarların yaradılmasından ibarətdir. Onlar hökumətin təmin edə biləcəyi məsələlərlə vətəndaşların tələb etdikləri arasındakı boşluqları doldurmaq üçün dollar əvəzinə həllərlə ticarət edirlər. İctimai sektorla özəl sector arasındakı sərhədləri götürməklə, onlar trilyonlarla dollar sosial mənfəət və kommersiya dəyəri açıqlayırlar.
Həllərlə bağlı yeniliklər iqtisadi həlləri formalaşdırmaq üçün ictimai və özəl sektorun necə dəyişdiyini açıqlayır. Çoxlu sayda nümunələri təhlil etməklə, William Eggers və Paul Macmillan bu yeni və dünya üzrə geniş yayılmış –iqtisadi və sosial qaydanın əsaslarını müəyyən edir. Bu kitab davamlı sosial tərəqqiyə vaxt, bilik və ya sərmayə l qoymaq istəyən şəxslər üçün köməkçi vasitə kimi nəzərdə tutulmuşdur.