wires

Xidmətlər

Kiber Riski Xidmətləri

Deloitte təşkilatlara kiber hücumları qabaqlamağa və dəyərli aktivləri qorumağa kömək edir. Biz yalnız hücumları qabaqlayaraq və cavablandıraraq deyil, həmçinin kiber riskləri sizə yeni imkanlar qazandıran qaydada idarə edərək təhlükələrə hazırlıqlı, ayıq və dayanıqlı olmağa kömək edirik. İnformasiya və texnologiya risklərini daha səmərəli idarə etmək üçün strategiyanızın hazırlanmasına başlayan zaman kiber risklər nəzərə alınmalıdır.

Göstərdiyimiz xidmətlər

  • Kiber Strategiya Biz rəhbərlərə müəssisələrinin strateji hədəflərini və təşkilatın risklərə meylliliyini nəzərə alaraq kiber risklərin idarə olunması proqramını qurmalarına kömək edirik.
  • Etibarlı- biz təşkilatların ən həssas vəsaitləri ətrafında effektiv nəzarətin qurulmasına və riskləri azaltmaq üçün ehtiyacların tənzimlənməsinə hədəflənir, eyni zamanda  effektivliyin artmasına, biznesin inkişafına  və qiymətlərin optimizasiyasına nail oluruq. 
  • Ayıq -  biz kiber təhlükələri aşkar etmək  və kiber hadisələri daha effektiv cavablandırmaq üçün risk xidmətləri  heyətini dolğun intellektual məlumatlarla təmin etmək yönündə risk haqqında məlumatı, İT məlumatlarını və biznes məlumatlarını inteqrasiya edirik.
  • Dayanıqlı – Biz həm daxili, həm xaric mənbələrdən qaynaqlanan kiber pozuntulara tez zamanda uyğunlaşmaq və onları cavablandırmaq üçün insidentlərin idarə olunması sahəsində özünü doğrultmuş, təsirli və qabaqlayıcı prosesləri və texnologiyaları cəmləşdiririk. 

Qlobal Kiber İntellekt Mərkəzləri Şəbəkəsi

Kiber təhlükələr mürəkkəbləşdikcə, bir çox müəssisə rəhbərləri problemi təkbaşına həll edə bilmədiyini qəbul edir. Bu səbəbdən Deloitte, ilin 365-günü xidmət göstərən qlobal Kiber İntellekt Mərkəzlərinin xidmətlərini təklif edir. Bizim MDB üzrə nümayəndəliklərimiz təhlükəsizlik tədbirlərinə mütərəqqi nəzarət, risk analitikası, kiber təhlükələrin idarə olunması, insidentlərin cavablandırılması kimi fərdi halları nəzərə alan təhlükəsizlik həllərini təqdim etməklə, kibertəhlükəsizlik xidmətləri bazarında artan tələbata cavab verir.