chili peppers

Xidmətlər

Əməliyyat Riski Xidmətləri

Deloitte əməliyyat risklərinin idarə edilməsi və səmərililiyin artırılması ilə bağlı təşkilatlara öz əməkdaşlarını, üçüncü tərəflərlə olan münasibətlərini, texnologiyaları, məlumatları, biznes proseslərini, nəzarət mexanizmlərini tənzimləmə metodlarını transformasiya etməyə kömək edir. İnteqrasiya edilmiş, strateji yönümlü əməliyyat risklərinin idarə olunması həllərinin işlənib hazırlanması təşkilatlara optimallaşdırılmış biznes qərarları vermək imkanı verir.

Göstərdiyimiz xidmətlər

  • Daxili Audit – daxili nəzarətin  və daxili proseslərin effektivliyinin artırılması  və standartların daha operativ icrasına töhfə vermək məqsədilə  daxili audit  funksiyası ilə bir araya gələrək, yaxud daxili audit funksiyası xidməti göstərərək daxili audit funksiyalarını transformasiya etməyə kömək edirik. Biz qurulmuş daxili audit funksiyalarına onların strategiyası və məqsədləri,  maliyyələşdirmə modelləri və texnologiyaları  ilə əlaqədar məsləhətlər veririk.
  • Əminlik – biz risk məlumatları və nəzarət vasitələrini, verilənlər bazalarından konseptual yanaşmaları əldə etmək üçün audit analitikalarını, həmçinin birgə müəssisələrdə  riskləri idarə etmək üçün üçüncü tərəflərlə münasibətlərə dair əminliyi təmin etmək istiqamətində ixtisaslaşmış informasiya texnologiyaları auditi üzrə xidmətlər göstəririk.
  • Davranış ilə bağlı Risklərin idarə olunası –  biz təşkilatlara dəyərləri, inamları, tərzləri, davranışları  və risk mədəniyyəti haqqında təsəvvürləri qiymətləndirmək və onların strategiyasına və biznes praktikasına uyğunlaşdırmaq üçün  kömək edirik..
  • Birgə Müəssisələrdə Risklərin İdarə Olunması – biz autsorsinq, lisenziya məsələləri, ittifaqa daxil olma və digər biznes tərəfdaşlıqları ilə əlaqədar üçüncü tərəf risklərini qiymətləndirir və idarə edirik, beləliklə  fəaliyyətin nəticələrini artırırıq və informasiya texnologiyaları və lisenziyalarla bağlı xərcləri rasionallaşdırmağa və təchizat zəncirini optimallaşdırırmağa nail oluruq.
  • Əməliyyat Riski və Transformasiya – Biz əməliyyat risklərinin idarə edilməsi və səmərəliliyin artırılması ilə bağlı  müştərilərə  öz əməkdaşlarını, üçüncü tərəflərlə olan münasibətlərini, texnologiyaları, məlumatları, biznes proseslərini, nəzarət mexanizmlərini tənzimləmə metodlarını transformasiya etməyə kömək edirik.  
  • Texnologiya və Verilənlərlə bağlı Risk  – Biz müştərilərə müəssisələrindəki texnologiyaların və məlumatların idarə edilməsi bazasını transformasiya etməyə kömək etməklə qərarların təsisçi  səviyyəsində qəbul edilməsinə töhfə veririk.