Xəbərlər
Vergi Məcəlləsinə dəyişikliklər
2025-ci ildə vergi qanunvericiliyində edilən dəyişikliklər
Azərbaycan Respublikası Milli Məclisinə 25 noyabr 2024-cü il tarixli «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında» qanun layihəsi («Layihə») təqdim edilmişdir.
Vergi Məcəlləsinə edilən növbəti əsaslı dəyişikliklər seriyası Məcəlləyə yeni anlayışların daxil edilməsi ilə yanaşı bir çox digər yenilikləri də əhatə edir. Belə ki, yeniliklərin əhatə dairəsi əsasən kölgə iqtisadiyyatı ilə mübarizəyə qarşı vergi nəzarət mexanizmlərinin gücləndirilməsi, vergi əməletməsi ilə bağlı vergi ödəyiciləri üçün nəzərdə tutulan vəzifələr, mövcud vergi güzəştləri üzrə müddətlərin artırılması, vergi qanunvericiliyinin müəyyən müddəalarının aydınlaşdırılması və eləcə də bir sıra digər dəyişikliklərdən ibarətdir.
Bu buraxılışımızda sizə yuxarıda sadalanan və həmçinin ayrı-ayrı vergi növləri üzrə nəzərdə tutulan dəyişiklikləri həm birbaşa həm də müqayisəli formada nəzərinizə çatdırmaq istəyirik.
Layihə ilə bağlı hər hansı sualınız yaranarsa, bizə çəkinmədən müraciət edə bilərsiniz.
Hörmətlə,
Deloitte Vergi və Hüquq Komandası
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun dərc edilmişdir
Bildiririk ki, 28 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi barəsində 5 dekabr 2023-cü il tarixli Qanun (“Qanun”) dərc edilmişdir. Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.
Bu buraxılışımızda Qanunda dərc edilmiş dəyişiklikləri nəzərinizə çatdırmaq istəyirik.
Yeni edilmiş dəyişikliklər riskli vergi ödəyicilərinin əmtəəsiz əməliyyatlara görə ödəməli olduqları maliyyə sanksiyaları, fiziki şəxslərin gəlir, habelə hüquqi şəxslərin mənfəət vergisinə tətbiq olunan güzəşt və azadolmaları, dividend ödənişləri üzrə ödəmə mənbəyindən tutulan vergi dərəcəsinin dəyişdirilməsi, mikrosahibkarlıq fəaliyyətində mövcud olan azadolmanın tətbiqi şərtlərinin genişləndirilməsi, əlavə dəyər vergisinə edilmiş dəyişikliklər və əlavələr, aksizli malların siyahı və dərəcə artımını və eləcə də bir sıra digər dəyişiklikləri əhatə edir. Bundan əlavə, Qanunda avans ödənişlər üçün elektron qaimə-fakturanın göndərilməsi nəzərdə tutulub.
Qanuna edilmiş bütün dəyişikliklərlə sağdakı keçiddən yükləyərək tanış ola bilərsiniz.
Dəyişikliklərlə bağlı hər hansı sualınız yaranarsa, bizim Vergi və Hüquq komandasının peşəkar əməkdaşlarına müraciət edə bilərsiniz.
Deloitte Azərbaycan Vergi və Hüquq komandası