Global Business Tax Services

Solutions

Müəssisə üzrə vergi xidmətləri

Beynəlxalq müəssisələrin Azərbaycanda vergiqoyma, qeydiyyat və idarəetmə ilə bağlı xidmətlərə xüsusi tələbi vardır. Vergi orqanları ilə hər hanası mübahisələr yaranarsa, heyətimiz qanunvericiliyə əməletmə və konsaltinq üzrə xüsusi xidmətlər göstərə bilər; Mübahisələrin həlli heyətimiz mübahisələrin həlli və məhkəmə işləri üzrə saysız hesabda layihələr həyata keçirmişdir.

Azərbaycanda fəaliyyət göstərən həm xarici, həm də yerli şirkətlərdə vergilər ilə bağlı spesifik məsələlər yaranır. Heyətimiz bütün sektorlarda fəaliyyət göstərən şirkətlərin xüsusi tələblərinə cavab verən peşəkar vergi məsləhəti, vergi auditi və əlaqəli xidmətlər göstərə bilər. Biz, Sizə fəaliyyətinizin qüvvədə olan vergi qanunvericiliyinin, habelə vergi qaydalarının müvafiq tələblərinə uyğunluğunu və xərc baxımından effektivliyini təmin etməyə, sənaye standartlarına cavab verməyə və hətta bu standartları keçməyə yardımçı ola bilərik.

Azərbaycandakı vergi şəraitində müəssisənizin qanunvericiliyi tələblərinə uyğun qalması və öz vergi mövqeyini yaxşılaşdırması üçün davamlı monitorinq və proqnozlar tələb olunur. Bizim ixtisaslı, çevik və bacarıqlı mütəxəssislərimiz və peşəkar xidmətlər göstərən etibarlı təşkilat ilə əməkdaşlığınız sizin müəssisəniz üçün tələb olunan ən vacib amillərdir.

Qlobal müəssisələr üçün vergiqoyma xidmətlərimiz

Sizə necə yardımçı ola bilərik:

Bizim korporativ vergiqoyma üzrə mütəxəssislərimizin enerji və resurslar, istehsal, telekommunikasiya, əczaçılıq, ticarət və digər sektorlarda fəaliyyət göstərən bir çox xarici və yerli şirkətlərə məsləhətin verilməsi sahəsində geniş təcrübəsi vardır. Biz müəssisənizi aşağıdakı peşəkar vergi xidmətləri ilə təmin edə bilərik:

  • Vergi qanunvericiliyi və bəzi əməliyyatların vergi nəticələri üzrə məsləhət
  • Azərbaycanda müəssisələrin təsis edilməsi, yenidən təşkili və ləğv edilməsi ilə bağlı məsləhət
  • Azərbaycanda xarici investisiyaların qoyulması ilə bağlı xidmətlər
  • Vergi planlamasından istifadə etməyə yönəlmiş, vergi məsələləri və risklərlə bağlı xərclərin effektivliyini və pul daxilolmalarının artmasını təmin edən verginin optimallaşdırılması xidmətləri
  • Mümkün risk sahələrini aşkar etmək üçün müştərin Azərbaycandakı biznes fəaliyyəti ilə bağlı vergi yoxlamaları

Korporativ vergiqoyma

Biz fəaliyyət sektorunuz barədə geniş anlayış əldə etmək üçün, funksiyalar üzrə qruplaşmış heyət şəklində işləyirik və bu bizə səhvlərə yol vermədən əsas vergi məsələlərinə xüsusi diqqət vermək imkanı verir. Mütəxəssislərimizin biliyi dedikdə üzləşdiyimiz məsələlərdən asılı olmayaraq, bizim keçmişdə qarşılaşdığımız analoji məsələlər üzrə təcrübəmiz və malik olduğumuz yeni həllər toplusu nəzərdə tutulur.

Müvafiq sənaye sektoru üzrə mütəxəssisimiz ilə əlaqə saxlayaraq Sizin fəaliyyətinizə necə dəstək ola biləcəyimiz barədə daha ətraflı məlumat əldə edə bilərsiniz.

 

Sənaye qrupları