SAP

Həllər

SAP

Getdikcə daha çox şirkətlər müəssisədəki tətbiqi proqramların biznes fəaliyyəti üçün mühüm əhəmiyyət daşıdığı qənaətinə gəlirlər. Əsas biznes funksiyalarının inteqrasiyası və bu inteqrasiyanın təmin etdiyi məlumat cari prosesləri və fəaliyyətləri təkmilləşdirməklə, habelə gələcək məqsədləri və hədəfləri nəzərə almaqla və strateji nəticələri idarə etməklə informasiya əsaslı idarəetmə mədəniyyətini yaradır.

Qlobal SAP Partnyoru olaraq, biz Sizinlə birgə inkişaf edəcək tələblərinizə uyğun həllər təqdim edə bilərik. Sizin yeni və ya mövcud SAP istifadəçisi olmağınızdan və yaxud yerli bazara çıxmaq istəyən qlobal şirkət olmağınızdan asılı olmayaraq, biz sizə SAP-in tətbiq olunmasında yaxından dəstək ola bilərik. İqtisadiyyatın bütün sektorlarını təmsil edən və qlobal korporasiyalar daxil olmaqla müxtəlif ölçülü müştərilərimiz bir ortaq fikrə malikdirlər ki, bu da mümkün olan ən yaxşı məlumatlı idarəetmə qərarlarını vermək istəyindən ibarətdir.

Bizim mütəxəssis qrupumuz aşağıdakılar daxil olmaqla bütün SAP xidmətlərini həyats keçirir:

  • SAP ERP-nin quraşdırılması və layihənin istənilən mərhələsində biznes planların hazırlanmasından başlayaraq həyata keçirilməsi həllərinə və layihənin mənfəətinin təhlilinə qədər bütün əsas əməliyyat proseslərinin tətbiqi 
  • SAP-da aşağıdakı sahələr üzrə müəssisədə fəlaiyyətin idarə edilməsi həlləri:

    - Büdcənin hazırlanması və SAP BCP üzrə planlaşdırma/faktiki təhlil həlləri 

   - SAP BFC VƏ SAP BPC üzrə maliyyə konsolidasiyası həlləri 

   - BW və HANA-dan istifadə etməklə müəssisədə informasiyanın idarə edilməsi həlləri 

  • SAP SRM-dən istifadə etməklə SAP satınalma həllərinin tətbiq
  • SAP Keyfiyyətə əminlik 
  • SAP-ın tətbiqinin bir hissəsi kimi dəyişikliyin idarə edilməsi
  • Biznes transformasiyası və SAP-in tətbiqinin bir hissəsi kimi prosesin optimallaşdırılması

Müfəssəl Həllər

Bugünkü iş mühitində, effektiv idarəetmə və artan qanunvericilik tələblərinə əməletmə çox vaxt tələb edir və bunların yerinə yetirilməməsi biznesinizin fəaliyyətinə təhlükə törədə bilər. Bizim SAP mütəxəssislərimiz Sizi aşağıdakı sahələrdə qabaqcıl idarəetmə, əməletmə və risk xidmətləri ilə təmin etmək üçün Maliyyə Məsləhəti və Müəssisədəki Risklərin idarə edilməsi üzrə ekspertlərlə kəsişən funksional qruplar şəklində işləyirlər:

  • Vəzifə bölgüsü yoxlamasının avtomatlaşdırılması və məhdudiyyətsiz çıxışla bağlı nəzarət həlləri 
  • Müəssisə üzrə qayda və nəzarətləri fəal şəkildə idarə edən prosesə nəzarət həlləri 
  • SAP-in real-vaxt çərçivəsində daxil olan məlumatın təhlili vasitələrinin HANA platforması üzrə saxtakarlığın idarə edilməsi həlləri

Kəsişən funksiyaların inteqrasiyası

Bizim SAP həllərimiz bizinesinizin inkişafı üçün həqiqətən müfəssəl yanaşma təklif etdiyimizə əmin olmaq üçün ümumi konsepsiyadan başlayaraq onun həyata keçirlməsinə qədər bütün nəzarəti təmin edəcək və Deloitte-un idarəetmə, vergi, risk və qanunvericiliyə əməletmə ekspertlərinin unikal bacarıqlarını özündə birləşdirən mütəxəssis heyətimiz tərəfindən hazırlanıb. 

Beynəlxalq səviyyəli nəticələr