Təfərrüatlar
Televiziyanın biznes modeli
Rəqəmsal dünyaya uyğun
Televiziya rəqəmsal sahənin bir sıra iddiaçılarının təsirinə məruz qalır: belə mühitdə necə davranmalı?
Deloitte Beynəlxalq Yayım Konvensiyası (İBC) 2014 - Liderlərin Zirvə görüşünə göstərdiyi dəstəyin bir hissəsi olaraq araşdırma aparmış və bu hesabatı tərtib etmişdir.
Televiziya rəqəmsal sahənin bir sıra iddiaçılarının təsirinə məruz qalır: belə mühitdə necə davranmalı? Bu hesabat televiziyanın hazırkı fəaliyyətini və aşağıdakı hadisələr nəzərə alınmaqla perspektivləri qiymətləndirir:
- Abunə olmaqla tələb əsasında video rabitə tədarükçüləri: ənənəvi yayımçılardan imtina edərək genişzolaqlı şəbəkələrin əhatəsini artırmaqdırmı?
- İdman: İnternetin inkişafı və internetdən əldə olunan idmanla bağlı informasiyanın əhəmiyyətli dərəcədə olması yüksək səviyyəli idman məlumatlarının əsas mənbəyi kimi televiziyanın üstünlüyü barədə şübhə yaradırmı?
- Video çarxlar: indi ən məşhur video çarxlar milyardlarla “baxış sayı” qazandığı halda, qısa video informasiyanın müddəti otuz dəqiqədən bir saatlıq proqram müddətinə dəyişirmi?
- İnnovasiya: Görünür, texnologiya şirkətləri bir sıra yüksək səviyyəli məhsul istehsalına başlamaqla innovasiya sahəsində üstünlük təşkil edir. Bu gün az sayda televiziya yayım şirkətləri böyük tədqiqat və inkişaf departamentlərinə malikdir. Televiziya innovasiya sahəsində rəqabət apara bilərmi?
IBC 2014