Təfərrüatlar

Media Müstəqilliyi

Texnologiya, media və telekommunikasiya üzrə istehlak tendensiyalarının qlobal, nəsil təhlili

Deloitte-in Media Müstəqilliyinin vəziyyətinə dair keçirdiyi sorğu cihazların markası, abunə xidmətləri, reklam platformaları, sosial şəbəkə qəbulu və yeni ödəniş modellərinin dəyişkən mühitində müştəri istəklərinin necə dəyişərək inkişaf etməsinin hərtərəfli və müxtəlif nəsillərin fikrinə əsaslanan təhlilini göstərir.

Müəllifdən

Planşet və smartfon markalarının çoxalması nəticəsində rəqəmsal hegemonların – noutbuk, smartfon və planşetlərin növləri də artmışdır. Rəqəmsal xidmətlərin getdikcə artması media vasitələrindən istifadə ənənəsini dəyişir.
Dörd nəsil nümayəndələri və beş müxtəlif yaş qrupları ilə aparılan sorğu 14-75 yaş arası istehlakçıların ABŞ və BK-da media, əyləncə, reklam və informasiya vasitələri ilə qarşılıqlı əlaqəsinə dair real faktları təqdim edir.

Hesabatlar barədə daha ətraflı məlumat üçün aşağıdakı ölkələrdən birini seçin:

- ABŞ
- B.K.

“Media İstifadəçisi” sorğusu 2014

Bu ilin Media İstifadəçisi sorğusu müxtəlif nəsillərdən olan BK istehlakçılarının mediadan necə istifadə etdiklərinə və onların gələcək istəklərinin nədən ibarət olduğuna dair reallıqları təqdim edir.

Sorğu göstərir ki, respondentlərin 65%-i smartfonlardan, üçdə bir hissəsi isə planşetlərdən istifadə edir. Bu, mediadan istifadənin daha da artacağını göstərir. Görünür, soyuq iqtisadi iqlimə baxmayaraq, BK istehlakçıları yüksək səviyyəli peşəkar kütləvi informasiya vasitələrindən və müvafiq cihazlardan hələ də böyük həvəslə istifadə edirlər.

Bugünkü bazarda mövcud olan istehlak vərdişlərinin genişliyini göstərmək üçün əvvəlcə hədəfimiz BK istehlakçılarının bazardakı – rəqəmsal media və cihaz iqtisadiyyatındakı dəyişiklikləri stimullaşdıran qüvvələrə yanaşmasını müəyyənləşdirmək, növbəti hədəf isə belə qüvvələrin dörd media – TV, xəbərlər və jurnallar, kitablar və video oyunlar bazarına təsirini təhlil etmək oldu.

Sorğu haqqında

Bu, Deloitte-in Media və Əyləncə təcrübəsi tərəfindən həyata keçirilən tədqiqatın səkkizinci illik buraxılışıdır.

Dörd nəslin nümayəndələrinin iştirakı ilə aparılan sorğu 14-75 yaş arası istehlakçıların media, əyləncə, reklam və informasiya vasitələri ilə qarşılıqlı əlaqəsinə və onların gələcək istəklərinin nədən ibarət olduğuna dair real faktları təqdim edir. Sorğu 2012-ci ilin dekabr ayında BK-da 2,085, dünyada isə 16,000 istehlakçının iştirakı ilə elektron metodologiya əsasında müstəqil tədqiqat şirkəti tərəfindən həyata keçirilmişdir.

“Media İstifadəçisi” əvvəlki səkkiz illə müqayisədə çox fərqlənir. Mediadan asılılıq: televiziya sənayesində durğunluğun yaranması, sosial medianın əyləncə vasitəsinə çevrilməsi, internet üzərindən yayım və radio, yeni internet oyunçularının və texnologiyadan asılılığın yaranması.

Bu il media mühitinə təsir göstərən əsas tendensiyalar və BK istehlakçılarının mediadan necə faydalanması barədə fikrimizi təqdim edən Deloitte Media İstifadəçisi Sorğusunun səkkizinci ili qeyd olunur. İlk dəfə olaraq, sorğuda əsas diqqəti BK bazarına, eləcə də texnologiya, media və telekommunikasiya sənayesi təşkilatlarının üzləşdikləri problemlərə və tendensiyalara yönəltmişik.

Ətraflı məlumat üçün hesabatı yükləyin.

“Mobil İstifadə” sorğusu 2014

BK-da ilk mobil telefon zəngindən 30 il keçir və ümumilikdə mobil xidmətlərdən asılılığımız artmağa davam edir.

BK-da Mobil İstifadə sorğusunun dördüncü illik buraxılışında mobil rabitə sənayesinə dair beş əsas subtendensiyalar təhlil olunur. Əsas nəticələrdən bəzilərinə aşağıdakılar aiddir:

  • BK-da 35 milyon insan smartfondan istifadə edir
  • BK-da hər altı böyükyaşlı insandan biri gün ərzində 50 dəfə telefonuna baxır
  • BK-da böyükyaşlı insanların 30%-dən çox hissəsi oyandıqdan sonra 5 dəqiqə ərzində telefonuna baxır
  • Orta Ani İsmarıc (İM) istifadəçiləri gün ərzində 55-dən çox İM göndərir
  • İlin sonuna qədər 4G abunəçi nömrələrinin 10 milyondan çox olacağı gözlənilir
  • 4G mobil istifadəçilərinin yalnız beşdə biri (20%) 4G abunəçisi olduqdan sonra 2013-cü ilin 49% ilə müqayisədə daha çox video izləmişlər.
  • Son il ərzində tətbiqi proqram yükləmələrinin sayı azalmışdır

Did you find this useful?