IT Project Portfolio Management

Həllər

İT Layihəsi üzrə Portfelin idarə edilməsi 

Struktur dəyişikliyi nəticəsində həm biznesdə uğur qazanmaq imkanı əldə olunur, həm də səhmlərin məzənnəsinin azalması riski yaranır ki, bu da fəaliyyətin fasiləsizliyinə təsir göstərə bilər. Mümkün çatışmazlıqlardan yayınmaqda, eləcə də layihələri büdcəyə uyğun və vaxtında reallaşdırmaqda sizə yardımçı olmaq üçün müvafiq bacarıqlarımız və təcrübəmiz vardır.

Layihənin İdarə edilməsi Ofisi yaratmaqla layihə və proqramları təklikdə və ya komandanızla əməkdaşlıq şəraitində idarə edə bilərik. Layihənin planlaşdırılması və risklərin idarə edilməsindən onun həyata keçirilməsinə qədər komandanızla birgə çalışa, kənar tərəfləri koordinasiya edə və layihəni təhvil verə bilərik.
Mütəxəssislərdən ibarət heyətimiz bölgə üzrə, eləcə də maliyyə xidmətlərindən başlayaraq hasilat sənaye sahələrinə qədər müxtəlif sənaye sektorları üzrə layihələr planlamış, dəyişikliklər etmiş, idarə etmiş və təhvil vermişdir.