Deloitte and Oracle logos on sailboat

Xidmətlər

Oracle

Oracle bulud həlləri kimi, Deloitte-un xidmət göstərmə imkanları coğrafi və təşkilati hədləri aşır. 2016-cı ilin fevral ayında Deloitte, Oracle Global Cloud Elite statusunu əldə etmək üçün Oracle PartnerNetwork (OPN) şəbəkəsinin üzvü olmuşdur və qlobal üzv şirkətlər 20 ildən artıqdır ki, Oracle ilə yüksək səviyyəli əməkdaşlıq münasibətlərini qoruyub saxlayır.

Deloitte-un üzv şirkətlərinin Oracle üzrə 17,300-dən artıq mütəxəssisinin köməyi ilə mürəkkəb beynəlxalq layihələri effektiv şəkildə idarə edirik. Bizim müətəxəssislərimiz qlobal təchizat mərkəzlərini, əlaqədar çərçivələri, işçilərin mümkün idarəetmə praktikalarını və tətbiqi proqramların dəstəklənməsi xidmətlərini əhatə edən çoxsəviyyəli model əsasında xidmət göstərir. Zərurət olduqda, Deloitte-un insan kapitalı, təchizat zənciri, müəssisədəki risklər, vergi və digər sahələr üzrə funksional mütəxəssislərinin köməyindən istifadə edə bilərik. Bu, dünyanın istənilən ölkəsində Oracle-in bulud əsaslı biznes imkanlarını aşkar etmək üçün biznes və texnologiya üzrə kadrların düzgün seçilmiş üzvlərini toplamağa imkan verir.

Deloitte yeni Oracle Partnyor şəbəkələrin Bulud Proqramı üzrə Qlobal Elite statusunu alıb

Deloitte bugün Oracle Partnyor Şəbəkələrin (OPN) yeni Bulud Proqramı üzrə ilk Qlobal Elite partnyoru statusunu aldığını bəyan etmişdir. Qlobal fərqlənmə Deloitte-a üzv olan bütün şirkətlərin yerli bazar fəaliyyətlərinə şamil edilir. Qlobal Bulud Elite statusunu əldə etmək üçün OPN partnyorları Oracle Bulud həllərinə hərtərəfli və tam şəkildə sərmayələrini və onların birgə müştərilərə təqdim edilməsində məqsədyönümlülüyü nümayiş etdirməlidir.  

 

Deloitte və Oracle Enerji və Kommunal xidmətlər sektorunda məlumatın dərindən təhlili vasitəsilə dəyərin yüksəldilməsi üçün xidmətləri genişləndirib 

Deloitte Oracle ilə Kommunal xidmət sektorunda məlumatın dərindən təhlili üzrə qabaqcıl texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığını genişləndirir. Enerji və kommunal xidmətlər sektorunda biznesin transformasiyası və texnologiya xidmətləri üzrə lider kimi Deloitte böyük məlumatların real və praktiki həllərə çevrilməsi üçün Oracle ilə Kommunal xidmət sektorunda məlumatın dərindən təhlili üzrə qabaqcıl texnologiyaların tətbiqi istiqamətində birgə işləyəcək..

 

Deloitte Müstəqil araşdırma şirkət tərəfindən Yeni Nəsil Oracle Tətbiqi Proqram Layihələrinin həyata keçirilməsində lider adlandırılmışdır.  

Deloitte bugün Forrester tərəfindən onun sonuncu The Forrester Wave™: 2016-cı ilin 3 rübü üzrə Yeni Nəsil Oracle Tətbiqi Proqram layihələri üçün xidmət təchizatçıları adlı hesabatında Yeni Nəsil Oracle Tətbiqi Proqram layihələrin həyata keçirliməsində lider adlandırıldığını bəyan etdi. Deloitte strategiya, hazırkı təklifləri və bazar payı əsasında 17 meyar üzrə qiymətləndirilən təchizatçılar arasında yer almışdır. Xüsusilə Deloitte-la bağlı Forrester qeyd edir ki, “Oracle-in buludla bağlı son açıqlamaları Deloitte üçün üstünlük hesab edilir, belə ki, bulud həllərini tətbiq edilməsi üçün Oracle müştərilərinin tələbləri Deloitte-un biznes transformasiyası, strateji konsaltinq, dəyişikliyin idarə edilməsi və sistemlərin inteqrasiyası üzrə güclü imkanları ilə uyğunlaşdırılmalıdır.”

 

Liderlə tanış olun

Tural Hacıyev

Tural Hacıyev

Partnyor, Risk üzrə Məsləhət xidmətləri

Tural Deloitte Azərbaycanda risklərin idarə olunması, təhlükəsizlik və məxfilik üzrə Partnyor vəzifəsində çalışır. O fəaliyyət göstərdiyi müddətdə Azərbaycan, MDB və Avropadakı bir sıra şirkətlərə yen... Daha çox