Əməkdaşlar

Aslan İbrahimov

Baş menecer, Risk üzrə məsləhət xidmətləri

Aslan İbrahimov

25E 8 November ave.

Baku

Azerbaijan

AZ1025

Xəritəni göstər

Aslan Azərbaycan və Türkiyədə məsləhət və audit xidmətlərinin göstərilməsi üzrə 9 ildən çox təcrübəyə malikdir. Aslan öz fəaliyyətinə Türkiyədə başlamışdır, harada o, mürəkkəb iqtisadi modellər və xüsusi nəzarət mexanizmləri ilə məşğul olmuşdur. Aslan mühüm təxminlər və mülahizələr, onların müvafiq təsirləri və müqayisəli təhlillərə diqqət etmişdir.

Aslan MHBS, ABŞ ÜQMUP, BK ÜQMUP, Mənfəətin bölüşdürürülməsinə dair Sazişlər əsasında Azərbaycandakı müəssisələr və beynəlxalq şirkətlər üçün maliyyə hesabatlarının auditi sahəsində ixtisaslaşmışdır. O, enerji və təbii sərvətlər, habelə istehsal sektorlarında fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq təcrübəsinə malikdir. Aslan SOX 404 üzrə daxili nəzarət mexanizmlərinin sınağı, qanunvericilik əsasında hesabatlılıq (mənfəət vergisi bəyannamələri, xərclərin bərpasına dair hesabatlar), aktiv və qudvilin dəyərsizləşməyə görə yoxlanılması və ehtiyatların qiymətləndirilməsi sınağı sahəsində geniş təcrübəyə malikdir.

Risklərin idarə edilməsi departamentində Aslan, həmçinin, qeyri-maliyyə sahəsində əminlik və dayanıqlılığın təmin edilməsi xidmətlərinə fokuslanmışdır. Aslan Azərbaycanda dayanıqlılıq konsepsiyasının işlənib hazırlanması ilə bağlı biznes icmaları, dövlət idarələri və QHT-lər ilə fəal şəkildə əməkdaşlıq edir. 2019-cu ildə Aslan Amerika Ticarət Palatasının KSM Komitəsi sədrinin müavini təyin edilmişdir.

Aslan Bilkent Universitetinin məzunudur və 2018-ci ildən Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüdür.

Aslan İbrahimov