Əməkdaşlar
Əminə Baxşıyeva
Hüquq üzrə Baş menecer
Əminə Deloitte Azərbaycanın Hüquq departamentində Baş menecer vəzifəsində çalışır.
O 2012-ci ildə Beynəlxalq İqtisadi və Kommersiya Hüququ üzrə İsveçrənin Lozanna Universitetində Magistr dərəcəsini almışdır.
Onun Azərbaycanda hüquq sahəsində 7 ildən artıq iş təcrübəsi vardır.
Əminə müxtəlif yerli və beynəlxalq şirkətlərə korporativ sahədə yenidən təşkil, biznesin yenidən qurulması, eləcə də biznesin transsərhəd ötürülməsi məsələlərində yardımçı olmuş və məsləhətlər vermişdir.
Onun neft-qaz, tikinti, istehsal, kadr təminatı, İT və digər sektorlarda transsərhəd əməliyyatlar, yerli birləşmə və qoşulma əməliyyatları, eləcə də hüquq yoxlamaları, birləşmə və qoşulma proseslərinin strukturuna dair məsləhətlərin verilməsi, Anlaşma Memorandumlarının, Niyyət Məktublarının, Səhmlərin alğı-satqı müqavilələrinin hazırlanması və icra edilməsi sahəsində geniş iş təcrübəsi vardır.
Onun əsas təcrübə sahələrinə Korporativ Hüquq, Birləşmə və Qoşulmalar, Bank və Maliyyə, Kommersiya, Əmək, Miqrasiya, valyuta nəzarəti, məlumatların qorunması, antiinhisar məsələləri daxil olmaqla Qanunvericiliyə əməletmə və digər hüquqi məsələlər daxildir.