Əməkdaşlar

Camal Həsənov

Partnyor, Audit və Əminlik

Camal Həsənov

25E 8 November ave.

Baku

Azerbaijan

AZ1025

Xəritəni göstər

Camal Deloitte Azərbaycanda Audit və Əminlik xidmətləri üzrə partnyordur. O, Amerikanın Sertifikatlaşmış Dövlət Mühasibləri Assosiasiyasının (CPA) məzunudur və MDB məkanında və Böyük Britaniyada Böyük dördlük şirkətlərində 15 ildən artıq iş təcrübəsi vardır.

O, 2003-cü ildə Bolqarıstanda Amerika Universitetini bitirmiş, Biznesin İdarə edilməsi və Maliyyə Menecmenti üzrə Bakalavr dərəcəsini almışdır. Universitetdən sonra Jamal Bakıda Böyük Dördlük şirkətində audit praktikasında işə başlamış və MDB regionunda 8 il Neft-Qaz, Mədən və Metallurgiya və Telekommunikasiya sahəsində çalışan müştərilərə xidmətlər göstərmişdir. 2011-ci ildə Böyük Britaniya, Londonda  Kapital bazarları heyətinə qoşulmuş və müxtəlif xarici kapitalın cəlb edilməsi əməliyyatları, habelə özgəninkiləşdirmə, birləşmə və qoşulma əməliyyatları üzrə işləmişdir. Növbəti 6 ildə Kapital bazarları fəaliyyəti çərçivəsində Camal Sinqapurda milyardlarla dəyəri olan əməliyatlarda müştərilərin birləşmə və qoşulma komandalarının tərkibində çalışmışdır. Həmçinin 2015-2016-cı illərdə Camal Amsterdamda Qiymətli kağızlar və fond birjasında qeydiyyatdan keçmiş texnologiyalar şirkətinə  (SEC listed) müştəri ezamiyyəti zamanı Xarici hesabat və Qrup konsolidasiyası üzrə müvəqqəti Direktor kimi xidmət göstərmişdir. Son zamanlar Camal telekommunikasiya, media və texnologiyalar sektorlarında gəlirin tanınması üzrə yeni standartların tətbiqi çərçivəsində çoxlu sayda yüksək profilli layihələrə rəhbərlik etmiş və şirkətdə gəlirin tanınması üzrə ekspertə çevrilmişdir.

Camal Həsənov