Board of Directors

Haqqımızda

Direktorlar Şurası

Deloitte MDB

Olqa Tabakova

Direktorlar Şurasının sədri, Deloitte MDB 

Olqa Deloitte-da fəaliyyətinə 1995-ci ildən başlamış və 2004-cü ildə Audit üzrə Partnyor vəzifəsinə təyin edilmişdir. 2007-ci ildən Deloitte MDB üzrə Yüksək texnologiyalar, media və telekommunikasiya təcrübəsinə rəhbərlik etmişdir. O, audit və əminlik xidmətləri, MHBS/ABŞ ÜQMUP-ə keçid, MHBS-in ilk tətbiqi, maliyyə vəziyyətinin təhlili, daxili nəzarət sistemi və İPO ilə bağlı xidmətlər üzrə ixtisaslaşmışdır.

Olqa Deloitte MDB-nin Direktorlar Şurasının üzvüdür. Tətbiqi Riyaziyyat üzrə magistr diplomuna sahibdir və sertifikatlı mühasibdir (Oreqon, ABŞ). Olqa səyahət etməyi, incəsənəti sevir və kiçik bitkilərin yetişdirilməsi ilə məşğul olur.

Mario van Vlit

Non-voting board adviser

Mario 1 iyun 2019-cu ildən Qlobal Məsləhət Xidmətləri üzrə Baş Əməliyyat Direktoru vəzifəsində çalışır. Bundan əvvəl o, Deloitte Niderland ofisində İcra Orqanının üzvü, Baş Əməliyyat Direktoru, 2009-2014-cü illərdə isə Deloitte Consulting NL-də İdarəedici Partnyor vəzifələrini tutmuşdur. Mario Deloitte-un Şimali və Cənubi Avropa, Deloitte CIS/SPV və Nautilus Indemnity Holding Ltd üzrə direktorlar şurasının üzvüdür. DTTL Direktorlar Şurasının və DTTL İdarəetmə Komitəsinin üzvü olmuşdur. Deloitte-da fəaliyyətinə başlamazdan əvvəl Mario bir sıra aparıcı beynəlxalq müəssisələrdə çalışmışdır. Hollandiya və beynəlxalq aləmin aparıcı sənayesində direktorlar şurasının məsləhətçisidir. 

Humphrey Hatton

Non-voting board adviser

 

İan Koulbern

Baş İcraçı Direktor, Deloitte MDB

İan Koulbern Deloitte MDB-nin BİD-dir. Bundan öncə o, şirkətin maliyyə məsləhəti praktikasına  rəhbərlik etmişdir. İan karyerasını maliyyə araşdırmaları departamentində başlamış və korporativ araşdırma layihələri və saxtakarlıqla bağlı risklərin idarə edilməsi layihələrində 20 ildən artıq iş təcrübəsinə malikdir. 2012-ci ildə Deloitte-un Maliyyə məsləhəti departamentinə keçməzdən əvvəl o, böyük dördlüyə daxil olan digər şirkətdə maliyyə araşdırmaları praktikasını qurmuş və Risklərin idarə edilməsi departamentinə rəhbərlik etmişdir. İan sertifikatlı hüquq məsləhətçisidir. Asudə vaxtlarını ailəsi ilə keçirməyi xoşlayır.

Vladimir Kozırev

Audit üzrə Partnyor, MDB

Vladimir audit sahəsində 12 illik təcrübəyə malikdir. O, MHBS, ABŞ ÜQMUP və Rusiyanın Mühasibat Uçotu Standartları əsasında bir sıra audit yoxlaması layihələrində iştirak etmiş, ictimai şirkətlərə və beynəlxalq qrupların Rusiyadakı ofislərinə xidmət göstərmişdir. 
Vladimir mühasibat uçotu üzrə sertifikatlı ekspert və mobil operatorlardan biri üçün MHBS 15 üzrə Gəlirlərin qəbul edilməsinin təhlilini aparan Deloitte transsərhəd komandasının üzvüdür. O, Rusiya və MDB-də İcarələr adlı MHBS 16-nın tətbiqi prosesini idarə edir.

Nuran Kərimov

İdarəedici Partnyor, Deloitte Azərbaycan

Nuran Deloitte-a 2003-cü ildən qoşularaq şirkətin Azərbaycan üzrə vergi təcrübəsinin yaradılmasında iştirak edib. Yerli və beynəlxalq şirkətlərə, xüsusilə Maliyyə xidməti və neft-qaz sektorlarında fəaliyyət göstərən müəssisələrə vergi və digər əlaqədar məsələlər üzrə məsləhət xidmətlərinin göstərilməsi sahəsində kifayət qədər təcrübəsi vardır.  

Nuran Deloitte MDB-nin Direktorlar Şurasının üzvüdür.

Voronej Dövlət Universitetinin (bakalavr dərəcəsi) və Corciya Universitetinin (ABŞ) (magistr dərəcəsi) Hüquq fakültəsini bitirmişdir. Nuran Azərbaycandakı Amerika Ticarət Palatasının üzvüdür. Ailəlidir, 3 övladı var.

Did you find this useful?