gems

Xəbərlər

Deloitte Kennedy tərəfindən ictimai sektorda insan resurslarının konsaltinqi üzrə lider adlandırılıb

Press-reliz

Nyu-York, 25 avqust 2014– Deloitte Touche Tohmatsu Limited (DTTL) məmnuniyyətlə bildirir ki, Deloitte konsaltinq sahəsində bazar təhlillərinin lideri olan Kennedi Konsaltinq Araşdırma və Məsləhət şirkəti tərəfindən İctimai sektorda İnsan Resurslarının konsaltinqi üzrə lider adlandırılmışdır. İctimai sektorda insan resursları üzrə konsaltinq adlı son hesabatında Kennedi ictimai sektoru dövlət proqramlarını həyata keçirən, malları və ya xidmətləri təmin edən dövlət tərəfindən idarə olunan və ya maliyyələşdirilən agentliklərdən, müəssisələrdən və digər qurumlardan ibarət olan iqtisadiyyatın bir hissəsi kimi müəyyən edir.

Diqqəti əsas tendensiyalar, inkişaf modelləri və rəqabətli mühitə yönəltməklə Kennedi hesabatı diqqəti qlobal ictimai sektor bazarında İR xidmətlərinin alıcıları və satıcıları üçün imkanları və tələbləri araşdırır. Hesabatda qeyd olunur ki, “iqtisadi enişə baxmayaraq sektor proqnozlaşdırılan dövr üzrə İR konsaltinqi ilə bağlı gəlirlər gətirən əsas tərəf kimi fəaliyyətini davam edəcək, yeni iqtisadi şəraitdə kadrlarla bağlı tələbləri yerinə yetirmək üçün İR liderləri xərclərin azaldılmasına diqqəti artırdığından xərclərin bölüşdürülməsində dəyişikliklər olacaq", bu səbəbdən də ictimai sektor İR konsaltinqinə müsbət təsirini davam etdirəcək.

Xüsusilə Deloitte-la bağlı hesabatda qeyd olunur ki, “Deloitte missiyanın həyata keçirilməsi üçün geniş İR bacarığı ilə güclü maliyyə və risk idarəçiliyi olan ictimai sektor təcrübəsini birləşdirir. Şirkət layihənin dəyərini artırmaq, biliyi müştəriyə ötürmək və əməliyyat effektivliyini yüksəltmək üçün yerli və qlobal kadrlardan müvafiq qaydada istifadə edən ən bacarıqlı şirkətlər sırasındadır.

Marketinq və insan kapitalı brendinqi üzrə DTTL-in qlobal lideri Jeff Schwartz deyir ki, biz çox məmnunuq ki, dünya üzrə ictimai sektordakı müştərilərlə bağlı missiyanın tətbiqində Deloitte-un üzv şirkətlərinin rolu Kennedi tərəfindən qeyd edilir. “Biz milli, regional və yerli hökumət orqanları, eləcə də ali təhsil, səhiyyə və dövlət müəssisələri daxil olmaqla müxtəlif bazar seqmentlərində xüsusi resursların oynadığı rola bələdik".

Mətbuatla əlaqə
Marielle Legair
Qlobal əlaqələr
Deloitte Touche Tohmatsu Limited
Tel: +1 516 918 7170
Mobil tel: +1 347 213 0933
malegair@deloitte.com

 

Əlavə nəticələr

  • “Deloitte missiyanın geniş miqyasda tətbiqini təmin etmək üçün ictimai sektordakı layihələrə strateji yanaşmanı tətbiq edir. Şirkətin insan kapitalı ilə bağlı kompleks bacarıqlarına sığorta (aktuari), mükafatlar və müasir analitika üzrə konsaltinq; İR texnologiyası və transformasiya üzrə konsaltinq və kadrların idarə edilməsi üzrə konsaltinq daxildir. Lazım olduqda, ictimai sektorda dəyərli nəticələr verən və biznesin əsasları üzərində qurulmuş müxtəlif növ konsaltinq xidmətləri göstərmək üçün insan kapitalı üzrə məsləhətçilər yaxın sənaye sahələrindəki və funksional konsaltinq xidməti istiqamətləri üzrə çalışan həmkarları ilə sıx əlaqədə işləyirlər.”
  • “Deloitte şirkəti ictimai sektordakı müştərilərinə keçid prosesi və müəssisənin dəyərinin artırıması ilə bağlı xidmətlər göstərməkdə böyük təcrübəsi vardır. Bir çox rəhbər vəzifələrdə çalışan və ictimai sektor üzrə konsaltinq sahəsində təcrübəli kadr potensialı ilə Deloitte müştərilərinə imkanları kəşf etmək və konsepsiya çərçivəsində peşəkar xidmətlər almağa kömək etmək üçün satınalma sistemlərinin idarə edilməsində ekspertdir. Özəl sektor üzrə hazırlanmış insan kapitalı ilə bağlı innovasiyalar işçi heyətin təhlili və kadr potensialının idarə edilməsi sahələrində müştərilər üçün sınaqdan keçirilmiş və təsdiq olunmuş həlləri təmin etməklə ictimai sektora uyğunlaşdırılmışdır. Həmçinin Deloitte öz müştərilərinə insan kapitalı proqramlarının tempini, nəticələrini və davamlılığın artırmaq üçün daxili dəyişiklik bacarıqlarını yaratmağa kömək edir.”
  • “Deloitte konsaltinq resurslarının idarə edilməsi ilə bağlı dinamik yanaşmaya malikdir. Layihə komandalarında məsləhətçilərin sayı və peşəkarlıq dərəcəsi tapşırıq üzrə tələb və müştəri ilə məsləhətləşmə əsasında müəyyən olunur. İş qüvvəsi ilə bağlı xərcləri idarə etməyə kömək edən bu praktika effektiv xərc modelini qurmaq istəyən ictimai sektordakı müştərilər tərəfindən nəzərə alınmalı olan mühüm məsələdir.
  • Deloitte yalnız ictimai sektora uyğunlaşdırılmış mütəmadi araşdırmalar aparır. Bersin by Deloitte insan kapitalı tendensiyaları haqqında özünün illik hesabatında nəzərdən keçirilən ictimai sektordakı müəssisələrin seçimini genişləndirməkdə davam edir və Deloitte Universitetinin mətbuat yayımlarında ictimai sektordakı kadr resurslara dair məsələlərin bütün təfərrüatları açıqlanır.”
  • Liderliklə bağlı şirkətin əsas düşüncələr toplusunda müxtəlif fikirlər və ideyalar yer alır ki, bunlar da ictimai sektordakı müştərilərə missiyanın tətbiqi üzrə öz resurslarını idarə etmək və təkmilləşdirməklə bağlı çətinlikləri idarə etməyə kömək edən praktiki konsaltinq həllərinin tətbiqindən ibarətdir.
  • GovLab Deloitte-un ictimai sektordakı yeniliklərə yönəlmiş federal praktikasının analitik mərkəzidir. GovLab vasitəsilə Deloitte insan kapitalı ilə bağlı sosial şəbəkələr vasitəsilə əlaqə və mədəniyyət kimi məsələlər daxil olmaqla ictimai sektora uyğun məsələlər üzrə araşdırma aparmaqla dövlət rəsmiləri və bütün dünya üzrə rəhbərlərdən alınan ideyalarla işləyir.

Deloitte Haqqında

Deloitte adı Birləşmiş Krallığın qanunvericiliyi əsasında qeydiyyatdan keçərək zəmanətlə məhdudlaşdırılmış Deloitte Touche Tohmatsu Limited şəbəkəsinə daxil olan və ayrı-ayrılıqda hər biri müstəqil hüquqi şəxs olan üzv şirkətlərdən birinə və ya bir neçəsinə aid ola bilər. Deloitte Touche Tohmatsu Limited və ona üzv şirkətlərin hüquqi strukturu barədə ətraflı məlumat üçün www.deloitte.com/about səhifəsinə daxil olun.

Deloitte müxtəlif sənaye sahələrində çalışan dövlət müəssisələrinə və özəl müştərilərə audit, vergi, konsaltinq, hüquq və maliyyə məsləhəti xidmətləri göstərir. Dünya üzrə 150-dən çox ölkədə əlaqəli üzv şirkətlər şəbəkəsi ilə Deloitte ən çətin iş məsələlərini həll etmək üçün müştərilərinə lazım olan ideyaları təmin etməklə onlara beynəlxalq səviyyəli imkanlar və yüksək keyfiyyətli xidmətlər təklif edir. Deloitte-un regiondakı 200,000 peşəkar mütəxəssisi xidmətlərin göstərilməsində mükəmməllik nümunəsi olmağa çalışır.

Did you find this useful?