Annual Global Revenue Announcement

Press-relizlər

Deloitte 43,2 mlrd ABŞ Dolları məbləğində rekord gəlir elan edir  

Nyu-York, 18 sentyabr 2018-ci il—Bugün Deloitte 31 may 2018-ci il tarixində bitən il üzrə (maliyyə ili) bütün üzv şirkətləri üçün 43,2 mlrd ABŞ dolları məbləğində gəlir elan etmişdir. Bu, 4.4 mlrd ABŞ dolları  məbləğində və ya 11.3% gəlir artımını əks etdirir.

“2018-ci maliyyə ilində müştərilərimizə, insanlara və cəmiyyətə nəzərə çarpaçaq təsir göstərməkdə davam etdiyimizdən Deloitte üçün fərqli il olmuşdur. Deloitte Qlobal-in Baş icraçı direktoru Punit Renjen deyir ki, “Bu nəticələr Deloitte-un mühüm ictimai öhdəlikləri əhatə etməklə müştərilərə yorulmadan keyfiyyətli və fərqli xidmətlər göstərmək səyini əks etdirir”.

“Ötən il ərzində biz dünya üzrə sürətlə inkişaf edən bazarlarda müştərilər tərəfindən ən çox tələb olunan bacarıqlara və xidmətlərə qoyulan strateji investisiyaları artırmışıq. Həmçinin biz mühüm maliyyə nəticələrini əldə etmək üçün audit keyfiyyətini və innovasiyaları artıraraq fəaliyyətlərimizi genişləndirmişik.”

Deloitte-un qlobal strategiya və çoxşaxəli biznes modeli 2018-ci maliyyə ilində uğurlarını davam etdirmişdir. Bütün 5 praktika—Audit və Əminlik, Konsaltinq, Maliyyə Məsləhəti, Risk üzrə Məsləhət, Vergi və Hüquq bu dövrdə— inkişaf etmişdir.

2018-ci maliyyə ilində, Deloitte işçi qüvvəsini 286,000 mütəxəssissə çatmışdır ki, bu da 8.4 faiz artımı əks etdirir.  Bütün regionlar və  sahələri üzrə  77,000 peşəkar mütəxəssis işə qəbul edilməklə artım müşahidə olunmuşdur. Regionlar arasında Asiya-Sakit okean zonası 11.6 % ilə , xidmətlər üzrə isə Konsaltinq 14.4 % ilə lider olmuşdur.  

Did you find this useful?