IFRS News

Təfərrüatlar

MHBS xəbərləri

Yeniliklər elan olunan kimi çap olunur. MHBS xəbərləri MHBS-na düzəlişləri, əlavələri, silinmələri əks etdirən və MUBSŞ-nın işini izləyən qısa xəbərlər məktubudur. MHBS xəbərləri davamlı xəbərdarlığı təmin edir.

MHBS xəbərləri Deloitte MUBS Plyus nəşrlərində məruzə olunan ən mühüm MHBS dəyişikliklərini, təkliflərini və hadisələrini işıqlandıran həftəlik xəbərlər bülletenidir.

Bu xəbərlər bülleteni yeni və düzəliş edilmiş Standartların və Şərhlərin, İlkin Layihələrin və müzakirə sənədlərinin, o cümlədən sənədlərin xülasəsinin və əsas düzəlişlərin/təkliflərin baxılması zamanı nəşr olunur.

Xəbərlər bülleteninin ən son buraxılışlarını bu linkdən əldə edə bilərsiniz.

Abunə olmaqla qeydiyyatdan keçmiş sayt istifadəçiləri MHBS xəbərlərinin yeni buraxılışı çıxarkən bu barədə bildiriş ala bilərlər. Sistemə daxil olun və hesabınızın Bildirişlər bölməsinə keçin, mövcud siyahıdan "MHBS xəbərlərini" seçin. Siz yeni istifadəçisinizsə, xahiş edirik ilk öncə qeydiyyat formasını doldurun.

Qeydiyyat

MUBSŞ sentyabr ayı üçün iş planı üzrə yenilikləri təqdim edir

Düzəliş edilmiş planda MUBS 1-ə düzəlişlər və reallaşdırılmamış zərərlər üçün təxirə salınmış vergi aktivlərinin tanınması layihələrinin gözlənilən yenidən müzakirə dövrləri yenilənmişdir, lakin konseptual əsaslar və öhdəliklər layihəsinin ilkin versiyalarının ehtimal olunan buraxılış tarixlərinin uzadılması ilə bağlı dəyişikliklər yoxdur.  

Daha ətraflı...

7 Oktyabr, 2014 

ASB MHBS-lərə 2012-2014-cü illər üzrə illik düzəlişləri təqdim edir.

Bu buraxılışda MHBS-lərə illik düzəlişlər çərçivəsində 4 Maliyyə Hesabatının Beynəlxalq Standantlarına (MHBS) son dəyişikliklər əks olunur.

Daha ətraflı...
 

30 sentyabr, 2014 

MUBSŞ tariflərin tənzimlənməsi üzrə müzakirə sənədini dərc edir

Bu buraxılışda Tariflərin tənzimlənməsi üzrə Maliyyə nəticələrinin hesabatı (“müzakirə sənədi”) adı altında Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası (MUBSŞ) tərəfindən buraxılmış DP/2014/2 saylı müzakirə sənədi təqdim olunur.

Daha ətraflı...
 

25 sentyabr, 2014 

MUBSŞ törəmə müəssisələrə qeydiyyatdan investisiyaların uçot vahidini və qiymətləndirməsini aydınlaşdırmaq üçün düzəlişlər təklif edir.

Təklif olunan düzəlişlər törəmə müəssisələrə, birgə və asılı müəssisələrə investisiyaların uçot vahidinin bütövlükdə investisiya olub-olmamasına aydınlıq gətirir, lakin...

Daha ətraflı ...
 

25 sentyabr, 2014 

MUBSŞ 2014-cü ilin mart ayı üçün iş planına yenilikləri təqdim edir

Bu buraxılış Konsolidə Edilmiş Maliyyə Hesabatları haqqında MHBS 10 və Asılı və Birgə müəssisələrə investisiyalar haqqında MUBS 28 (2011) əsasında investorla birgə və ya asılı müəssisə arasında payların sayılması və ya ötürülməsi ilə bağlı uçota son düzəlişləri əks etdirir.

Daha ətraflı...
 

16 sentyabr, 2014 

MUBSŞ MUBS 12-yə düzəlişlər təklif edir

MUBSŞ ədalətli dəyərlə ölçülən borc alətləri ilə bağlı reallaşdırılmamış zərərlər üzrə təxirə salınmış vergi aktivlərinin tanınmasına aydınlıq gətirmək məqsədilə MUBS 12-yə düzəlişlər təklif edir.

Daha ətraflı...
 

2 sentyabr, 2014 

MHBS Fondu lizinq layihələri üzrə yeniliklər dərc edir

MHBS Fondunun əməkdaşları 2014-cü ilin birin yarısında lizinq layihələri üzrə əldə olunan əsas ilkin qərarları əks etdirən sənəd nəşr etmişdir. Həmçinin sənəddə belə qərarların verilməsi üçün MHBSŞ-in səbəbləri və layihənin tamamlanması üçün qalan icra olunmalı işlər təqdim olunur.

Daha ətraflı...
 

2 sentyabr, 2014 

MUBSŞ MUBS 27-yə düzəlişlər hazırlamışdır ki, bu da fərdi maliyyə hesabatlarında kapital metodundan istifadəyə imkan verir.

İyul ayında keçirilən görüşdən sonra, Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası (MUBSŞ) yenidən iş planına düzəlişlər etmişdir.

Daha ətraflı...
 

2 sentyabr, 2014 

MUBSŞ 2014-cü ilin iyul ayı üçün iş planına ikinci düzəlişləri hazırlayır

İyul ayında keçirilən görüşdən sonra Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası (MUBSŞ) iş planına yenidən düzəlişlər etmişdir. Düzəliş edilmiş planda sığorta müqavilələri, lizinqlər, kiçik və orta ölçülü müəssisələrin layihələri üçün MHBS-in gözlənilən yenidən müzakirə dövrlərinə dəyişikliklər və konseptual çərçivə layihəsinin ilkin versiyası üçün gözlənilən vaxtın uzadılması əks olunur.

Daha ətraflı...
 

4 avqust, 2014 

MHBS MHBS 9-u yekunlaşdırır

MUBSŞ MHBS 9- üzrə işi tamamlamışdır və bu, maliyyə aktivlərinin təsnifatına və qiymətləndirməsinə dəyişiklikləri, habelə gözlənilən dəyərsizləşmə zərəri modelinin tətbiqini nəzərdə tutur.

Daha ətraflı...
 

30 iyul, 2014 

MHBS tərəfindən 2014-cü ilin iyul ayı üçün iş planına düzəlişlər

Maliyyə Alətləri haqqında MHBS 9-un buraxılmasından sonra, Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası iş planına düzəlişlər etmişdir. Yenilənmiş iş planında, MHBS 9 üzrə dəyərsizləşmə və məhdud yenidən qiymətləndirmə ilə bağlı tamamlanmış layihələr çıxarılmışdır.

Daha ətraflı...
 

24 iyul, 2014 

MUBSŞ investisiya müəssisələri üzrə azadolmanın tətbiqi ilə əlaqədar MHBS 10 və MUBS 28-ə düzəlişlər təklif edir

Bu buraxılışda 2014-cü ilin iyun ayında ictimai rəyin alınması üçün buraxılmış ilkin layihədə təqdim olunan Konsolidə edilmiş Maliyyə Hesabatları haqqında MHBS 10-a və Asılı və Birgə müəssisələrə investisiyalar haqqında MUBS 28-ə təklif olunan dəyişikliklər əks olunur.

Daha ətraflı...
 

24 iyun, 2014 

MHBS tərəfindən 2014-cü ilin may ayı üçün iş planına düzəlişlər

Keçirilən son görüşdən və “Müştərilərlə müqavilələrdən gəlirlər” adlı MHBS 15-in buraxılmasından sonra Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası (MUBSŞ) iş planına yenidən düzəlişlər etmişdir. Kiçik həcmli layihə çərçivəsində “İnvestorla asılı/birgə müəssisələr arasında payların satılması və ya ötürülməsi ” ilə bağlı yekun təsdiqnamənin 2014-cü ilin 2-ci rübündə deyil, 3-cü rübündə verilməsi gözlənilir.

Daha ətraflı...
 

24 iyun, 2014 

MUBSŞ gəlirin tanınması ilə bağlı yeni standart buraxır

Standart müəssisələr üçün müştərilərlə müqavilələrdən yaranan gəlirlərinin uçotu ilə əlaqədar vahid geniş modeli istifadə etməsini müəyyən edir. Bu hazırkı gəlirin tanınması qaydalarını, MHBS 18 Gəlirlər, MUBS 11 Tikinti Müqavilələri və əlaqəli şərhləri əvəz edir.

Daha ətraflı …
 

4 iyun, 2014 

Did you find this useful?