Vebinarlar

Deloitte Akademiyası: İstehsal təlimi.MHBS-ə keçidin çətinlikləri

16 Aprel 2015

Deloitte Akademiyası Sizi böyük məmnuniyyətlə 16 aprel 2015-ci il tarixi saat 9.00-15.00-da keçiriləcək növbəti canlı təlimə dəvət edir. Təlimin keçiriləcəyi yer və iştirak qaydalarına dair ətraflı məlumat qeydiyyatdan sonra təqdim olunacaq.

Seminar aşağıdakı mövzuları əhatə edəcək:
1. MHBS-ə keçid: Planınız varmı?
2. MHBS 1: MHBS-in ilk dəfə tətbiqi. Nəzəriyyə
3. MHBS 1: MHBS-in ilk dəfə tətbiqi. Təcrübə
4. Keçid texnikası
5. Keçid əməliyyatlarının əsas maliyyə göstəricilərinə təsiri

Sessiya Deloitte Azərbaycanın Audit üzrə Baş Meneceri Rauf Atakişiyev tərəfindən aparılacaqdır.


Tarix: 16 aprel 2015-ci il, saat 9:00 -15:00
Dil: Azərbaycan dili
Qeydiyyat haqqı: Ödənişsiz. Qeydiyyat tələb olunur.

9 aprel 2015-ci il tarixindən gec olmayaraq qeydiyyatdan keçməyiniz xahiş olunur. Qeydiyyat səhifəsinə keçmək üçün aşağıdakı linkə daxil olun:

ONLINE QEYDİYYAT

Hər hansı sualınız olduğu halda azcommunications@deloitte.az elektron poçt ünvanı
və ya +994 (012) 404 12 10 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.