Təfərrüatlar
Müraciət prosesi
Best Managed Companies Azerbaijan
Kimlər müraciət edə bilər?
Proqramda iştirak etmək istəyən şirkətlər aşağıdakı uyğunluq meyarlarına cavab verməlidir
Aşağıdakı şirkətlər layihədə iştirak edə bilməz:
Kredit müəssisələri, banklar, sığorta şirkətləri, kooperativlər, SEC (Qiymətli Kağızlar və Mübadilə Komissiyası) tərəfindən tənzimlənən şirkətlər (məsələn, SEC-də qeydiyyatdan keçən şirkətlər və onların filialları), qumar sənayesində fəaliyyət göstərən şirkətlər, xarici çoxmillətli şirkətlərin Azərbaycandakı törəmə müəssisələri, dövlət müəssisələri/dövlət agentlikləri, xeyriyyə və qeyri-kommersiya təşkilatları və onların filial və törəmə müəssisələri.
Namizədlər iki mərhələli müraciət prosesini tamamlamalıdır
I mərhələ
Onlayn müraciət
30 dəqiqə vaxt tələb edən ilk mərhələdə namizədlərin uyğunluğu yoxlanılır. Müraciətlər 11 oktyabr 2022-ci ildə başlayıb və 12 noyabr 2022-ci ildə başa çatacaq.
II Mərhələ
Seçim və yoxlama prosesi
Bu şirkətinizin dərindən yoxlanılması prosesidir və proqramın dörd prinsipi olan strategiya, insan kapitalı, öhdəlik və maliyyə idarə edilməsini əhatə edir. II Mərhələnin tamamlanma tarixi 31 yanvar 2023-ci ildir.
- Müstəqil münsiflər heyəti Best Managed Companies qlobal meyarları əsasında iştirakçı şirkətləri qiymətləndirəcək. 2023-cü ilin aprel ayında nəticələr haqqında məlumat veriləcək.
- Bütün qaliblər 2023-cü ilin may ayının ortalarında elan ediləcək.
- Bütün müraciətlər məxfidir və proqram məxfilik prinsipi əsasında icra olunur.