Xidmətlər

Turizm, İstirahət və Otel biznesi

Azərbaycanda Turizm, İstirahət və Hotelçilik (TİH) sektoru son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib.  Bu sektorda fəaliyyət göstərən müəssisələr iqtisadi sahədə hazırkı islahatları nəzərə alaraq yeni mühitə uyğunlaşmağa çalışırlar.

Bu gün bu sənaye sahəsi fəaliyyət effektivliyi, müştəri loyallığı, aktivlər üzrə mülkiyyət hüququ və yeni texnologiyaların inkişafı ilə bağlı bir çox məsələlərlə üzləşir.

Deloitte Azərbaycanın mütəxəssisləri turizm, istirahət və hotelçilik sahəsində xidmətlər üzrə geniş təcrübəyə malikdir və bazar imkanlarınızın maksimum artırılmasında, yeni risklərin idarə edilməsində və dəyişkən mühitə uyğunlaşmaqda sizə yardımçı olmağa hazırdır.

Səyahət, istirahət və hotelçilik

Biz, nəqliyyat şirkətlərinə audit və məsləhət xidmətlərinin göstərilməsi üzrə dünya lideriyik. Müştərilərimiz Azərbaycanda aviasiya, dəmiryolu, avtomobil, liman və gəmiqayırma sektorları üzrə çalışan müəssisələrdir.

Sənaye üzrə dərin biliklərimizə və komandamızın xüsusi təcrübəsinə əsaslanan qabaqcıl həllər təklif edirik.

Aviasiya və Nəqliyyat