Icma Inkişafı

Təfərrüatlar

Parlaq zəkaların axtarışında. Təcrübə proqramı

İcma İnkişafı

Deloitte şirkəti, korporativ sosial məsuliyyət ilə bağlı gündəliyinə uyğun olaraq, Azərbaycanın regionlarında təhsilin inkişafı ilə bağlı dəstəyini davam etdirir. Bölgələrdə İnsan Resurslarının İnkişafı layihəsinin ümumi məqsədi Azərbaycanın regionlarında gənclərin imkanlarını artırmaqdır.

Bu birgə təlim proqramı Azərenerji tərəfindən təklif olunmuşdur və Azərbaycanın rayonlarında effektiv işçi qüvvəsini formalaşdırmağa və ölkədə insan kapitalının inkişafına və gənclərin karyera hazırlığına dəstək və yardımçı olan uzunmüddətli tapşırıq çərçivəsində həyata keçirilir. Deloitte və Azərenerji əsas biznes və iqtisadi təcrübənin qazanılmasında, o cümlədən iş bazarında müvafiq imkanların və rəqabət qabiliyyətinin artırılmasında bu günün tələbəsi və gələcəyin işçi qüvvəsi olan resurslara dəstəyin göstərilməsinə yönəlmiş sosial missiyalı konsepsiya qurmuşdur. Ölkə regionlarında bəzi resurslarla bağlı çatışmazlıqları, habelə iş axtaran gənclər və məzunlar üçün ixtisaslaşmış təlimlərin keçirilməsinə xüsusi ehtiyacın olduğunu nəzərə alaraq, Deloitte və Azərenerji təlimlərin əhatə dairəsini Lənkəran da daxil olmaqla, daha iki region - Mingəçevir və Gəncə üzrə genişləndirmişdir. Təklif olunan təhsil fəaliyyətinin məqsədi biznes xidmətləri sahəsində ən çox tələbatın olduğu iki əsas sahə - MHBS və vergi uçotu üzrə regionlardakı gənc resursların yerli imkanlarını artırmaqdır. 

Proqramın əsas vəzifələri:

- Lənkəran, Mingəçevir və Gəncə kimi bölgələrin universitetlərində iqtisadiyyat və maliyyə üzrə təhsil alan gənclərə təlimin keçilməsi məqsədilə tələbə qrupları yaratmaq
- Lənkəran, Mingəçevir və Gəncə kimi bölgələrdə tələbə qrupları üçün təlimlərə dəstək göstərmək
- Bölgələrdəki gənc tələbələr üçün təlimlə bağlı ən effektiv yardımçı materialları müəyyən etmək
- Ümumilikdə layihənin effektivliyini qiymətləndirmək
Təlimlərdə iştirak edən tələbələrin yarı hissəsi Deloitte və Azərenerji ASC-də təcrübə keçmək imkanı əldə edəcəkdir.


Yerli Partnyorlar:

Partnyor: Lənkəran Dövlət Universiteti (LDU)
3 günlük təlim: MHBS üzrə 2 günlük sessiya + Vergi uçotu üzrə 1 günlük sessiya
Partnyor: Mingəçevir Politexnik İnstitutu
3 günlük təlim: MHBS üzrə 2 günlük sessiya + Vergi uçotu üzrə 1 günlük sessiya
Partnyor: Gəncə ADAU
3 günlük təlim: MHBS üzrə 2 günlük sessiya + Vergi uçotu üzrə 1 günlük sessiya
 

 



Did you find this useful?