Xəbərlər

Neft və qaz sənayesində vergiqoyma

 

“Neft və qaz sahəsində vergiqoyma” proqramı hasilat, daşınma, emal və digər neft-qaz xidmətləri sahəsində çalışan peşəkarlar üçün tərtib edilmiş ətraflı təlim proqramıdır.

Təlim aşağıdakı mövzuları əhatə edir:

•      Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS), Risk Xidməti Sazişləri (RXS) və Əsas İxrac Boru Kəməri Sazişləri (ƏİBKS) üzrə rejimə giriş - əsas anlayışların təhlili, mövcud vergi rejimlərinin müqayisəsi;

•      Son illərdə imzalanmış HPBS və RXS üzrə vergiqoyma məsələləri, əvvəlki HPBS və RXS ilə fərqlər, yeni HPBS və RXS üzrə Azərbaycanda qeydiyyatı olan və olmayan xarici subpodratçıların vergiyə cəlb edilməsində fərqlər və  praktiki məsələlər;

•      HPBS və RXS üzrə Podratçı tərəflərin və ƏİBKS üzrə İştirakçıların  mənfəət vergisi öhdəliklərinin hesablanması üçün nəzərə alınmalı olan əsas məqamlar;

•      Ödəmə mənbəyindən vergitutma konsepsiyasının izahı, HPBS və RXS üzrə ödəmə mənbəyindən vergitutmanın tətbiqinin və praktiki məsələlərin ətraflı müzakirəsi;

•      ƏDV-dən 0% dərəcəsi ilə azadolma və onun tətbiqi, ƏDV-dən azadolmanın təsdiqinin inzibatçılığı, ƏDV-dən 0% dərəcəsi ilə azadolmanın tətbiq olunmadığı hallarda ƏDV-nin əvəzləşdirilməsinin xüsusiyyətləri;

•      Əməkdaşların vergiyə cəlb edilməsinin əsaslarını təşkil edən şəxsi gəlir vergisinin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması və bəyan edilməsi;

•      Gömrük rüsumlarına dair ümumi icmal, tətbiq olunan azadolmalar,
idxal-ixrac rüsumları və vergilərindən azadolmanın tətbiqi və praktiki məsələlərin müzakirəsi.

 

Təlim cədvəli və qiymət

Tarix və saat

Səkkiz saatlıq təlim proqramı saat 14:00-dan 18:00-dək keçiriləcəkdir.

 

Ünvan

Bakı şəhəri, Nobel prospekti 25E, Bakı Ağ Şəhər Ofis Binası, 8-ci mərtəbə. Təlimlər Deloitte Azərbaycan şirkətinin ofisində keçirilir.

 

Təlimin qiyməti

İştirak haqqı 750 AZN (ƏDV xaric) təşkil edir. Ödənişlər köçürmə yolu ilə Deloitte şirkətinin bank hesabına qabaqcadan köçürülərək həyata keçirilməlidir.

Qrup şəklində iştirak üçün 15% endirim bir təlim üzrə qeydiyyatdan keçmiş şirkətin hər bir əlavə işçisinə tətbiq olunacaqdır.

 

Fasilə

Təlim sessiyaları müddətində çay, qəhvə fasilələri təklif olunacaq.

 

Qeydiyyat

Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurun, və ya sorğunuzu academy@deloitte.az ünvanına yollayın.

 

Təlimin sonunda Deloitte Akademiyası tərəfindən təlim iştirakçılarına kursu bitirmələri haqqında sertifikatlar təqdim olunacaq.

Did you find this useful?