Xəbərlər

Kommersiya müqavilələrinin hazırlanması

24, 25 noyabr 2022

Deloitte Akademiyası məmnuniyyətlə “Kommersiya müqavilələrinin hazırlanması” təliminin növbəti sessiyasını elan edir. İstəkləri nəzərə alaraq təlim proqramının müddəti uzadılmış və məzmunu yalnız hüquqşünaslar üçün tərtib edilmişdir. Odur ki, təlimdə müqavilələrin tərtibi və icrasına nəzarət üçün cavabdeh olan, habelə hüquqi müddəalarla bağlı biliklərini artırmaq istəyən hüquqşünaslar iştirak edə bilərlər. 

Təlim kursu aşağıda təqdim edilən məsələləri və praktiki tapşırıqları əhatə edir:

•  Müqavilənin düzgün tərtib olunması və bunun əhəmiyyəti;

•  Müqavilənin sıfırdan tərtib olunması – planlaşdırılması, quruluşu, yeni və düzəliş edilmiş müddəalar;

• Standart müddəalar – onlara ehtiyac varmı?

• ‘Risk – Öhdəlik’ – fəaliyyət/sənaye ilə bağlı xüsusi məsələlərin müəyyən edilməsi;

•  Müəyyən fəaliyyət növü üçün səciyyəvi risklərin hüquqi müddəalara uyğunlaşdırılması və əksinə; 

•  “Ehtimal” prinsipinin tətbiqi (zəmanətlər, təminatlar, kompensasiyalar, öhdəliklər, şərt və müddəalar, hüquqların qorunması vasitələri);

•  Müqavilələrin hüquqi cəhətdən məcburi və etibarlı edilməsi, müqavilənin icrası ilə bağlı rəsmi prosedurlar;

•  Müqavilənin tərtibində məqbul və ya qeyri-məqbul hesab olunan qaydalar (yaxşı və uğursuz təcrübələrdən nümunələr);

•  Praktiki tapşırıqlar.

 

Tarix: 24, 25 noyabr, 2022-ci il 

Vaxt: 10:00 - 18:00

Ünvan: Bakı şəhəri, 8 Noyabr prospekti 25E, Bakı Ağ Şəhər Ofis Binası, 8-ci mərtəbə. Təlimlər Deloitte Azərbaycan şirkətinin ofisində keçirilir.

Təlimin qiyməti: İştirak haqqı 800 AZN (ƏDV xaric) təşkil edir. 

Qeydiyyatdan keçmək üçün +994 12 404 12 10 nömrəsi və ya academy@deloitte.az e-poçt ünvanı vasitəsilə Nərgiz İbrahimova ilə əlaqə yarada bilərsiniz. 

Did you find this useful?