Xəbərlər

HR Laboratoriyası: Qanunvericiliyə uyğunluq

9, 11, 16, 18,  22 fevral 2022

Gənc mütəxəssislərin hazırlığı proqramları

İnsan kapitalının müasir və strateji idarə edilməsində “HR Xidməti” (HR Service) əhəmiyyətli rol oynamaqda davam edir. İR üzrə mütəxəssilər əmək münasibətləri və əmək münasibətlərindən doğan müxtəlif məsələlərin rəsmiləşdirilməsini təmin etməli, əmək qanunvericiliyi ilə bağlı yaranan suallarda daxili məsləhətçi rolunu həyata keçirməyi bacarmalıdırlar.

Təəssüf ki, əmək qanunvericiliyi üzrə biliklərin zəif olması və qanunvericiliyin tələblərinin düzgün şərh edilməməsi ahəngi pozur, şirkət üçün hüquqi risklər yaradır, işgüzar nüfuzu sarsıdır və işçi məmnuniyyətinin azalmasına səbəb olur. Bu səbəbdən, İR üzrə mütəxəssislər qanunvericilik və kargüzarlıq üzrə biliklərinin artırılmasına xüsusi diqqət yetirməlidir.   

Deloitte komandası uzun illərdir ki, yerli və beynəlxalq şirkətlərə əmək qanunvericiliyi sahəsində məsləhət və maarifləndirmə xidmətləri göstərir. Təlimçilərimiz müxtəlif fəaliyyət sahələri üzrə çalışaraq geniş təcrübə, bilik və bacarıqlara yiyələnmişdir. Bu səbəbdən, Siz İR üzrə mütəxəssislərinin əmək qanunvericiliyi və kargüzarlıq üzrə hazırlığını bizim peşəkar komandamıza həvalə edə bilərsiniz.

Bildirək ki, təlim proqramı kadr kargüzarlığı sahəsində çalışan gənc mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Təlimdə iştirak edən şəxslərin müvafiq sahədə minimum 6 ay, maksimum 2 ilədək təcrübəsi olmalıdır. Qeyd edilmiş meyarlar təlimdə iştirak edə şəxslərin gözləntilərinin eyni səviyyədə  qarşılanması məqsədini daşıyır. 

 

Təlimin dili: Azərbaycan dili

Təlimin qiyməti: 950 AZN (ƏDV xaric)

Tarix və saat: 9, 11, 16, 18, 22 fevral 2022, saat 09:00-13:00

Təlimlə bağlı ətraflı məlumat üçün sorğularınızı academy@deloitte.az ünvanına göndərin və ya bizimlə əlaqə saxlayın: +994124041210 və ya +994502856167.

Did you find this useful?