Xidmətlər

Karusellər

Uşaqlar üçün vebinarlar seriyası

Müasir araşdırmalar məktəblilərin təhsili ilə onların 20 yaşında ali təhsil alması və 28 yaşında əldə edəcəkləri qazanc arasında birbaşa əlaqəni sübüt etmişdir (Hanushek 2010).

Cəmiyyətimiz üçün sağlam fərdlərin yetişdirilməsi yalnız məktəblərin məsuliyyəti deyildir. Valideynlər bu prosesdə önəmli rol oynayırlar. 

Pandemiya dövründə uşaqların əvvəlki tək aktiv şəkildə müxtəlif fərdi inkişaf tədbirlərindən yararlana bilməsi üçün onlar üçün yeni vebinarlar silsiləsi hazırladıq. 

Biz bu vebinarlarda uşaqlarla maliyyə, hüquq, idarəetmə, soft skills, dayanıqlılıq və sair mövzularda maraqlı müzakirələr aparacağıq. 

Vebinarlar fevral ayından etibarən hər ay, cümə günü saat 17:00-da ödənişsiz əsasda keçiriləcəkdir. 

Qeydiyyat üçün maraqlı mövzularla daim yenilənən "qeydiyyat forması"nı doldurun.