Xəbərlər

Maliyyə Modelləşdirməsi 

12, 13, 14 mart 2024

Praktiki təlim

“Deloitte” Excel-də yüksək keyfiyyətli, möhkəm modellər yaratmaq barədə bilməli olduğunuz hər şeyi əhatə edən kompleks təlim kursu təklif edir. Biz sizə ən yaxşı təcrübə prinsiplərindən dərin metodoloji təcrübəyə qədər maliyyə və iqtisadi modelləşdirməyə yiyələnməyiniz üçün tələb olunan təlimi təqdim edə bilərik. 
Kursun təlimçisi Maliyyə Məsləhət Xidmətləri departamentinin Baş meneceri Cavid Həsənzadədir. Cavid bu kursu ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ və MDB ölkələri daxil olmaqla müxtəlif ölkələrdə tədris etmişdir.  

Təlim gündəliyi:

• Modelləşdirmə fəlsəfəsi: Model nədir?  | Əsas məqsədlər;

• Strukturlaşdırma və model qurma prosesləri;

• Ən qabaqcıl təcrübələr;

• Tez bir zamanda sadə modelin qurulması;

• Pul vəsaitləri axınının proqnozlaşdırılması (FCFF) və diskontlaşdırma;

• Modelin mürəkkəbləşdirilməsi: satışların seqmentləşdirilməsi; resursların istehlak həcmi;

• Pul vəsaitləri axınına düzəlişlər: amortizasiya; dövriyyə kapitalı; xalis borc;

• Modelin yekunlaşdırılması: borc və kapital maliyyələşdirməsi;

• Ssenari modelləşdirmə və həssaslıq analizləri;

• "Təkmilləşdirilmiş" Excel bilikləri: mürəkkəb formullar; qısa yol klavişləri;

• Faktiki layihələrdən misallar;

• Makrolara niyə ehtiyac var və bunlar maliyyə modelləşdirməsində necə istifadə olunur?

Tarix və saat: 12, 13, 14 mart 2024, saat 10:00-15:00;

Təlimin dili: İngilis dili;

Təlimin qiyməti: 1000 AZN (ƏDV xaric).

Qeydiyyat üçün sorğularınızı academy@deloitte.az ünvanına göndərin və ya bizimlə əlaqə saxlayın: +994124041210. 

Did you find this useful?