Xəbərlər

Təlimçilərin təlimi

15, 16, 20, 27 sentyabr, 10 oktyabr 2022

Virtual və əyani təlimlərin keçirilməsi üzrə təlimçilərin təlimi

Bu təlim şirkətlərin təlim və inkişaf mütəxəssisləri və daxili təlimçiləri üçün nəzərdə tutulmuşdur. Proqram təlimlərin keçirilməsi ilə bağlı yeni trendləri, o cümlədən, Brain Targeted Learning, Big picture design, vizuallaşma, əyani və virtual təqdimat bacarıqları, Power Point-də iş, Jamboard, Coggle, Padlet, Google Docs və sair online resurslardan istifadə etməklə interaktiv əyani, virtual və ya hibrid sessiyaların hazırlanmasını əhatə edir. 

Təlim üç hissədən ibarət olmaqla həyata keçirilir.

Təlimin proqramı:

  • Korporativ təlimlərin əhəmiyyəti. Təlim və inkişaf, biliyin idarə olunması ilə bağlı Deloitte İnsan Kapitalı Trendləri. 
  • Təlimlərin biznes mühitində rolu. İşəgötürən və işçi üçün əhəmiyəti. Korporativ təlimçilərin təlimlərdə etdiyi səhvlər.
  • ADDIE modeli. Təlimlərə ənənəvi yanaşma.
  • «Brain focused learning». Təlimlərə müasir yanaşma.
  • Təlimçilər üçün pedoqoqikanın əsasları. 
  • Təlim otağında neyromiflər. İnsan necə öyrənir?
  • Korporativ təlimlərin biznes təlimlərindən fərqi. Şirkət dəyərlərinə fokus. 
  • Emosional mühitin yaradılması. Təlim zamanı düzgün ünsiyyət. 
  • Online təlimlərin interaktivliyinin təmin edilməsi alətləri: Jamboard, Google Docs, Slido, Padlet, Random və s.
  • «Big Picture» dizaynının təlim materiallarında əks etdirilməsi. Təlim materialının hazırlanması.
  • Biznes keyslərin yazılması, simulyasiyalar və qrup işlərinin hazırlanması.
  • Sehrli təqdimatın hazırlanması sirləri.
  • Power Point-də müasir slaydların hazırlanması üçün lazım olan əsas funksiyalar: Slide master, Animation, Crop, Smart Arts, Infographics, Icons, şəkillər və formalarla iş üzrə Master class və fərdi ev tapşırığı
  • Təqdimat bacarıqları. Master class. 
  • Yekun ev tapşırığı üzrə hər qrupun fərdi hazırlığı. 
  • Praktiki tapşırıqlar qrup və fərdi qaydada həyata keçirilir. 
  • Təlimdə maksimal iştirakçı sayı əyani formada 9, online formada 12-15 nəfər olaraq təyin edilir.

Təlim gündəliyi aşağıdakı kimidir:

  1. Təlimin əsas hissəsi
  2. Ev tapşırığı üzrə hazırlıq. Bu hissədə hər bir təlim iştirakçısı üçün yekun təqdimata hazırlaşmaq üçün əlavə olaraq 30-45 dəqiqə vaxt ayrılır. 
  3. Təlim iştirakçılarının təqdimatları və qrup üzvləri tərəfindən qiymətləndirmə.

 

Təlimin dili: Azərbaycan dili

Təlimin qiyməti: 800 AZN (ƏDV xaric).

Tarix və saat: 15, 16, 20, 27 sentyabr, 10 oktyabr 2022, saat 09:00-13:00

Qeydiyyat üçün sorğularınızı academy@deloitte.az ünvanına göndərin və ya bizimlə əlaqə saxlayın: +994124041210 və ya +994502856167. 

Did you find this useful?