Xəbərlər

"Azərbaycan vergi sisteminə giriş və sistemin ümumi icmalı" təlimi

Proqram Azərbaycan vergi sisteminin bütün əsas aspektlərini ətraflı şəkildə əhatə edir.

Təlimin yekununda öyrənəcəksiniz:

  • Azərbaycan vergi sisteminin əsas anlayışları
  • Mənfəət vergisi
  • Əlavə dəyər vergisi
  • Əmlak vergisi
  • Ödəmə mənbəyində gəlir
  • Sadələşdirilmiş vergi
  • Şəxsi gəlir vergisi
  • Beynəlxalq vergi aspektləri

 

Təlim aşağıdakı mövzuları əhatə edir:

  • Azərbaycan vergi sisteminə giriş – ümumi anlayışlar, vergi yoxlamaları, vergi ödəyicilərinin və vergi orqanlarının hüquq və öhdəlikləri, artıq ödənilmiş vergilərin geri qaytarılması və digər məsələlər
  • Bütün əsas nəzəri və praktiki məsələləri əhatə etməklə mənfəət vergisi üzrə öhdəlik – öhdəliyin hesablanması və hesabatların verilməsi (gəlir və xərclərin tanınması, mənfəət vergisindən azadolmalar, amortizasiya və təmir xərcləri, zərərin gələcək dövrə keçirilməsi, bazar qiyməti), praktiki məsələlər və vergi optimizasiyası üzrə imkanlar;
  • Əlavə dəyər vergisi konsepsiyasının izahı və ƏDV üzrə öhdəliyin dəqiq qiymətləndirilməsi üçün əsas məsələlərin müzakirəsi;
  • Əmlakın vergiyə cəlb edilməsi, vergitutma bazasının müəyyən edilməsi, azadolmaların tətbiqi və əmlak vergisi üzrə qanunvericiliyinin tələblərinə riayət; 
  • Azərbaycan mənbəyindən gəlir konsepsiyası və ödəmə mənbəyindən tutulan verginin tətbiqi;  
  • Sadələşdirilmiş vergi və digər (aksiz vergisi, torpaq vergisi, mədən vergisi, yol vergisi) vergilərin ətraflı müzakirəsi;
  • Əməkdaşların vergiyə cəlb edilməsinin əsaslarını təşkil edən şəxsi gəlir vergisinin, sosial sığorta və işsizlikdən sığorta haqların hesablanması və bəyan edilməsi; 
  • Beynəlxalq vergi aspektləri, habelə Transfer Qiyməti üzrə Qaydalar və İkiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişlərin müddəaları.

Təlim cədvəli və qiymət

Tarix və saat

Təlim 18, 19, 20 noyabr 2019-cu il tarixlərində saat 14:00-dan 18:00-dək keçiriləcəkdir.

Ünvan

Bakı şəhəri, Nobel prospekti 25E, Bakı Ağ Şəhər Ofis Binası, 8-ci mərtəbə. Təlimlər Deloitte Azərbaycan şirkətinin ofisində keçirilir.

Təlimin qiyməti

İştirak haqqı 750 AZN (ƏDV xaric) təşkil edir. Ödənişlər köçürmə yolu ilə Deloitte şirkətinin bank hesabına qabaqcadan köçürülərək həyata keçirilməlidir.

Qrup şəklində iştirak üçün 15% endirim bir təlim üzrə qeydiyyatdan keçmiş şirkətin hər bir əlavə işçisinə tətbiq olunacaqdır.

Fasilə

Təlim sessiyaları müddətində çay, qəhvə fasilələri təklif olunacaq.

Qeydiyyat

Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurun, və ya sorğunuzu academy@deloitte.az ünvanına yollayın.

Qeydiyyat üçün son tarix – 8 noyabr 2019-cu il.

Təlimin sonunda Deloitte Akademiyası tərəfindən təlim iştirakçılarına kursu bitirmələri haqqında sertifikatlar təqdim olunacaq.

Did you find this useful?