Article

Enerji və Təbii Ehtiyatlar Sənayesində İntellektual Risk İdarəçiliyi

Müəssisədəki Risklərin İdarə edilməsi üzrə Bençmarkinq Sorğusu Hesabatı

2013-cü ilin yayında Deloitte Enerji və Təbii Ehtiyatlar sahəsində Müəssisədəki Risklərin İdarə edilməsi üzrə Bençmarkinq Sorğusunun ikinci buraxılışını təqdim etdi. Əsas məqsəd enerji və təbii ehtiyatlar sənayesi müəssisələrinin risk idarəçiliyi sisteminin və fəaliyyətlərinin ümumi kamillik səviyyəsini qiymətləndirmək, eləcə də belə şirkətlərin hazırda və gələcəkdə üzləşə biləcəkləri yeni problemləri, mühüm məsələləri və riskləri müəyyən etmək idi.

Enerji və resurs çatışmazlığının və iqlim dəyişikliyinin əsas müzakirə mövzusuna çevrildiyi bir aləmdə enerji və təbii ehtiyatlar sahəsində fəaliyyət göstərən şirkətlər çoxlu sayda yeni risklərlə üzləşirlər. Siyasi qeyri-sabitlik, təhlükəsizliklə bağlı risklər, infrastrukturun zəifləməsi, fəaliyyətdə fasilələr, mənfi meteoroloji hallar, istixana qazlarının emissiyası və paylanan enerji generasiyası və ya şist qazı istehsalı kimi müasir texnologiyalar ilə əlaqəli risklər onların üzləşdikləri təhlükələrin çox az bir hissəsidir.

Müəyyən ənənəvi risk idarəçiliyi yanaşmaları əvvəllər sənaye üçün effektiv olduğu halda, yeni risklərin əhatə dairəsi, mürəkkəbliyi və qarşılıqlı əlaqəsi enerji və təbii ehtiyatlar sənayesinin bir çox müəssisələrini daha kompleks və inteqrasiya edilmiş yanaşmanın tətbiqinə məcbur edir.

Bu sorğunun nəticələri enerji və təbii ehtiyatlar sənayesi müəssisələrinin cari MRİ fəaliyyətlərini müvafiq qabaqcıl təcrübə əsasında müqayisə edərək qiymətləndirməsinə, eləcə də bu sənayedəki risklərin idarəçiliyi ilə bağlı yeni tendensiyalar barədə məlumat əldə etməsinə imkan yaradacaq.

Dünya üzrə ümumilikdə müxtəlif coğrafi məkanları, həmçinin, enerji və təbii ehtiyatlar sənayesinin müxtəlif sektorları üzrə 100-dən iştirakçının artıq cavab əldə edilmişdir.

İntellektual risk idarəçiliyi sorğusunun icmalı

Enerji və Təbii Ehtiyatlar Sənayesində İntellektual Risk İdarəçiliyi
Did you find this useful?