Həllər

Ehtiyatların Qiymətləndirilməsi və Məsləhət

Deloitte-in Ehtiyatların Qiymətləndirilməsi və Məsləhət praktikasının mütəxəssisləri biznesə təsir göstərən iqtisadi dövrələrin hər bir mərhələsində birləşmə, aktivlərin satışı və qoşulma əməliyyatları vasitəsilə müştəri müəssisələrinin strateji artımı üçün qlobal enerji sənayesi üzrə təcrübə və biliklərə sahibdir.

Bu, Deloitte-in maliyyə məsləhəti sahəsində gücü ilə yanaşı, resurs aktivlərinin dəyərini ölçə bilən və maraqlı tərəflərin nəzərdən keçirdiyi strateji tövsiyələri təmin edən kompleks texniki bilikləri formalaşdırır.

Sənaye imkanlarımızdan əlavə, Deloitte-in Ehtiyatların Qiymətləndirilməsi və Məsləhət qrupu aşağıdakı məsələlərlə də bağlı məsləhət xidməti göstərir:

  • korporativ ehtiyatlar üzrə hesabatlar və audit yoxlamaları;
  • neft və qaz hasilatı ilə bağlı xüsusi tədqiqatlar, birləşmə və aktivlərin satışı üzrə qiymətləndirmə;
  • neftlə bağlı məsləhət xidmətləri;
  • texniki və geofiziki rezervuar analizi;
  • hasilat artımı layihələri;
  • petrofiziki təhlil; və
  • geofiziki təhlil.

Ehtiyatların Qiymətləndirilməsi və Məsləhət qrupu haqqında daha ətraflı məlumat əldə edin