Proqnozlar

Şəxsi kapitalla bağlı proqnozlar 2014

İnkişaf etməkdə olan ailə kapitalı ofisinin vəzifə və öhdəliklərinin yenidən müəyyən edilməsi

Yeni öhdəliklərin şəxsi kapital idarəçiləri tərəfindən yeni prosedur və nəzarətlər mexanizmini özündə birləşdirən daha institusional praktikanın qəbul edilməsinə necə təkan verdiyini öyrənin.

2014-cü ildə şəxsi kapital sektorunun çox rəqabətli olacağı gözlənilir. Qlobal kapital artdığı halda, bir necə, çox imkanlı ailələrin aktivləri üçün rəqabət aparan çoxlu sayda təşkilatlar mövcuddur. Bir sıra çox yüksək xalis dəyərə malik aktiv ailələri balanslaşdırılmış risk və gəlir axtarışında öz investisiya portfellərini genişləndirirlər. Onlar yeni coğrafi ərazilərə daxil olur və birbaşa investisiyalarda daha çox iştirak edirlər.Bu investisiyalar əlavə vergilər və müştəri hesabatı tələbləri ilə birlikdə şəxsi kapital idarəçilərinə daha çox ehtiyatlı olma və əməliyyat yükü yaradır. Bu səyləri həyata keçirmək üçün bir çox şəxsi kapital idarəçiləri kapitalın idarə edilməsi sahəsində təcrübəli resurslar axtarır və texnologiyaya investisiya qoyuluşunu davam etdirirlər. Texnologiyadan geniş istifadə biznes fasiləsizliyinin planlaşdırılmasını və kiber hücumlara qarşı hazırlılığı tələb edir.

Rəqabətlə bağlı və iqtisadi təzyiqlərə baxmayaraq, şəxsi kapital idarəçiləri yaxın gələcəkdə zəngin ailələr üçün maraqlı ola biləcək fərqli üstünlüklər təklif edirlər.

 

Did you find this useful?