Xidmətlər

Aktuari Xidmətləri

Yeni aktuari mühiti üçün yeni bacarıqlar

Qanunvericilikdəki son dəyişikliklər son illərdə pensiya və sığorta sahələrinə təsir göstərmişdir. Dövlət pensiya fondları istisna olmaqla, indi bütün bazar iştirakçılarının MHBS-a əməl etməsi gözlənilir. Yeni məhsullar, kapitalın idarə edilməsi, riskin tənzimlənməsi və İT həlləri Maliyyə Xidmətləri sahəsinin inkişafına təkan verir. Deloitte-un aktuari heyəti müştərilərimizin biznesinin yenidən təşkilini və inkişafını təmin etmək üçün lazımi bacarıq və təcrübəyə malik olmaqla bu mühüm dəyişikliklərin önündə gedir.

Bizim intellektual kapitalımız, konsaltinq sahəsində təcrübəmiz və modelləşdirmə bacarıqlarımız biznesinizi idarə edə biləcəyiniz formaya dəyişməyə kömək edə bilər. Moskvadakı ofisimiz vasitəsilə biz Rusiya və MDB-də, Ukrayna və Gürcüstanda yerləşən müəssisələrə kömək etmək üçün Mərkəzi Avropadakı Aktuari heyətimiz ilə yaxından əməkdaşlıq edirik.

Banklar üçün aktuari xidmətləri:

1. Dəyərsizləşmə ehtiyatını hesablamaq üçün kredit itkisi modellərinin hazırlanması

2. Kreditlər üzrə zərər ehtiyatlarının qiymətləndirilməsi üçün bank yanaşmasının təhlili

3. Kreditlər üzrə zərər ehtiyatlarının qiymətləndirilməsi üçün MUBS 39-un tələbləri əsasında metodologiyanın hazırlanması

4. Bankın ehtiyat dərəcələrinin müqayisəli təhlili 

Pensiya və /və ya işçilərinə sosial müavinətlər verən şirkətlər üçün aktuari xidmətləri (MUBS 19):

1. Audit

2. Birləşmələr və qoşulmalar

3. Aktuari fərziyyələri

4. Mənfəət üzrə aktuari təxminləri

5. Mənfəət strategiyası

6. Riskin idarə edilməsi

7. Təlim və seminarlar

Pensiya fondları üçün aktuari xidmətləri:

1. Audit

2. Metodologiyanın hazırlanması

3. Birləşmələr və qoşulmalar

4. Aktuari fərziyyələri

5. Fondun fəaliyyəti üzrə aktuari qiymətləndirməsi

6. Fondun aktivləri və öhdəliklərinin pul daxilolması modelinin qurulması

7. İT sisteminin təkmilləşdirilməsi

8. Aktiv və öhdəliklər modelinin qurulması (ALM)

9. Strategiya və əməliyyatlar 

10. Təlim və Seminarlar 

 

Sığorta şirkətləri üçün aktuari xidmətləri (ümumi sığorta və həyatın sığortalanması şirkətləri daxil olmaqla):

1. Audit dəstəyi

2. Birləşmələr və qoşulmalar

3. Ehtiyatın qiymətləndirilməsi

4. Tariflərin modelləşdirilməsi və optimallaşdırılması

5. Yeni sığorta məhsullarının hazırlanması

6. İT sistemləri

7. Aktuari departamentinin gücləndirilməsi

8. Törəmə dəyərin hesablanması və təhlili

9. Risk və kapitalın idarə edilməsi

10. Təkrarasığorta – strategiya və proqramların optimallaşdırılması

11. Strategiya və əməliyyatlar