Təfərrüatlar

Sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılmışdır

Bəs Sizin Şirkətin cari fəaliyyəti həyat keçirmək üçün icazəsi/lisenziyası varmı?

Bildiyiniz kimi, 20 oktyabr 2015-ci il tarixli 1410-IVQ saylı Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanunu ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılmışdır. Lakin burada insan sağlamlığı, ətraf mühit, dövlət təhlükəsizliyi və maraqlarına təhlükə yarada biləcək hallar nəzərə alınmaqla, müəyyən istisnalar nəzərdə tutulmuşdur. 

Beləliklə, təhlükə potensiallı obyektlərdə aparılan işlərin insan sağlamlığına və ətraf mühitə yarada biləcəyi təhlükəni göz önündə tutaraq Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə 30 may 2019-cu il taixindən etibarən (i) təhlükə potensiallı obyektlərin, (ii) dağ-mədən sahələrinin və (iii) radiasiya təhlükəsizliyinə nəzarət üzrə dövlət yoxlamaları bərpa edilmişdir. 

Bu yoxlamalar Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılır və şirkətlərin fəaliyyət istiqaməti üzrə tələb olunan icazə və lisenziyaların mövcudluğu yoxlanılır.

Qeyd edək ki,  icazə və lisenziya tələb olunduğu halda bu cür icazə olmadan faəliyyətin görtərilməsi qanunsuz sahibkarlıq hesab edilərək yaranmış zərərin/qazanılmış mənfəətin beş misli miqdarında cəzalandırlır. 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Şirkət tərəfindən göstərilən xidmətlərin və görülən işlərin xüsusi lisenziya və icazə tələb edib-etmədiyini bir daha nəzərdən keçirməyi tövsiyə edirik.

Təhlükə potensiallı obyektlərin siyahısı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli “Təhlükə potensiallı obyektlərin siyahısının təsdiq edilməsi haqqında” 94 saylı Qərarında, icazə və lisenziya tələb edən fəaliyyət növlərinin siyahısı ilə isə 15 mart 2016-cı il tarixli  № 176-VQ Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununda tanış ola bilərsiniz. 

Hər hansı sualınız və ya əlavə məlumat lazım olarsa, bizimlə əlaqə saxlaya bilərsiniz.

Sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılmışdır
Did you find this useful?