Həllər

Satış və Alış müqavilələrinə dair Məsləhət

Əgər siz biznesinizi satırsınızsa və təxmin edilən qiymətə rahat ayrılmanı təmin etmək istəyirsinizsə və yaxud şirkəti alarkən hədəfin maliyyə durumu gözlənilldiyi kimi olmadığından onun bərpasını istəyirsinizsə, Satış və Alış Müqaviləsinin maliyyə şərtləri burada mühüm rola malikdir.

Biz, satınalma qiymətinə düzəliş mexanizmini təklif etməklə və ya nəzərdən keçirməklə, “bağlı qutu” prosesi ilə məşğul olmaqla, ödənişsiz nağd vəsaitlərin və borcların, hədəf xalis aktivlərin qiymətləndirilməsi və ya əlavə mükafatlandırma məsələləri, hədəf dövriyyə kapitalının səviyyəsini müəyyən etmək istiqamətində məsləhət verməklə, müqaviləyə daxil etmək üçün maliyyə anlayışlarını nəzərdən keçirməklə, mühasibat uçotu qaydalarını, ierarxiyalarını və ya prosedurlarını təhlil etməklə və layihəsini hazırlamaqla bağlı köməklik göstərə bilərik.

Biz xüsusi sövdələşmələr və əlaqəli xidmətlər, eləcə də ətraflı yoxlamalar aparmaqla həm korporativ, həm də şəxsi kapitalda payı olan müştərilərimizə əməliyyatdan maksimum faydalanmağa köməklik edirik. Məqsədimiz müştərilərimizə rəqabət üstünlüyü əldə etməyə yardımçı olan əlavə xidmətlər göstərməklə sadəcə maliyyə yoxlaması deyil, daha geniş həcmli əməliyyatı təmin etməkdən ibarətdir. 

Müştərilərimiz bütün əməliyyatlar üzrə rahat və sərbəst xidmətlər əldə etmək üçün Deloitte şəbəkəsinin sənaye və xidmət üzrə ekspertlərinin müvafiq təcrübəsindən faydalanırlar.

Korporativ Maliyyə Əməliyyatlarına dair daha ətraflı öyrənin