Həllər
İnşaat qrupu
Deloitte Azərbaycanın İnşaat Qrupu daşınmaz əmlak və infrastruktur layihələrində geniş təcrübəyə malik olan aparıcı mühəndislərdən və ekspertlərdən ibarət komandadır. Bizim mühəndislərimiz tikinti planında gecikmələrə və büdcədən kənarlaşmalara yol verməmək üçün qabaqcıl dünya praktikalarından və metodlarından istifadə edir.
Bizim məqsədimiz və hədəfimiz tikintinin bütün mərhələlərində müştərilərimiz üçün riskləri azaltmaqdan ibarətdir.
- Layihə strategiyasının hazırlanması
- İnvestorların tələblərinə cavab vermək üçün regional seçimlər üzrə bazar araşdırması
- Regionlarda artıq fəaliyyət göstərən investorlara əsaslanmaqla regionların SWOT təhlili
- Potensial ərazinin ilkin texniki qiymətləndirməsi
- Sənədlərin işlənməsi prosedurunun qurulması
- Layihə müddətinin və büdcənin müəyyən edilməsi
- Vergitutmanın optimallaşdırılması
Başlanma
- Layihənin baş planının hazırlanması
- Layihə büdcəsinin hazırlanması
- Resurslara olan tələbatın müəyyən edilməsi
- Əsas mərhələlərin və istiqamətin müəyyən edilməsi
- Riskin qiymətləndirilməsi və mənfi nəticələrin aradan qaldırılması planı
- Layihə tenderinin hazırlanması
Planlaşdırma
- Layihənin idarə edilməsi
- Layihənin şəhər icra hakimiyyəti tərəfindən təsdiqlənməsi
- Tenderin layihəsi
- Tikinti layihəsi üzrə təqvim planı
- Maliyyə nəzarətinin təmin edilməsi
- Texniki nailiyyətlərin ötürülməsi və uyğunluq təhlili
Layihələşdirmə
- Çatdırılmaya nəzarət və tikinti şərtləri
- Ərazidə texniki və maliyyə nəzarəti
- Tikinti işlərinin həcminə dair siyahının hazırlanması və dəyərlə bağlı konsaltinq
- Tikintinin idarə edilməsi
- Texniki nəzarət
- Tikinti tenderinin hazırlanması
- Baş menecerlər üçün vizual hesabat interfeysləri
- Təhlükəsizliyə nəzarət
Tikinti
- Bütün mühəndis sistemlərinin sınaqdan keçirilməsi, istismara verilməsi və işə başlaması
- Müqavilələrin başa çatdırılması
- Obyektin əməliyyatlara ötürülməsi
- Yekun hesabatın hazırlanması və əldə olunan nəticələr
Tamamlama
İnşaat səhifəsinə qayıt