changing game cyber risk

Perspektivlər

Kiber Risklərə Müasir Yanaşma

Daha etibarlı, daha hazırlıqlı və daha dayanıqlı olmağa aparan yol.

Rəqəmsal texnologiyalar mürəkkəbləşdikcə, kiber cinayətkarları əməllərini daha peşəkarcasına həyata keçirdikcə, müxtəlif sənaye sektorlarında çıxış edən biznes sahiblərinin (yalnız İT sahəsinin deyil) narahatlığı artır. Onlar, kiber hücumlara məruz qaldıqda təşkilatlarının  necə reaksiya verəcəyi haqda maraqlanır. Onlar, təşkilatlarının gələcək hücumları nə dərəcədə proqnozlaşdıra bildiyini və hücumlara qarşı nə qədər hazır olduğunu bilmək istəyir. Onlar, təşkilatlarının hücumları necə qarşıladığını və hücumlardan sonra prosesləri necə bərpa etdiklərini, ən əhəmiyyətli rəqəmsal aktivlərinin necə mühafizə olunduğunu və bir sıra digər məsələləri öyrənmək istəyir. 

Qeyd edilən çox saylı suallar  arasında bir şey aydın görünür: Kiber risklərin idarə olunması üzrə hazırda tətbiq edilən və çoxunun “perimetr üzrə mühafizənin” təmin olunmasında cəmləşdiyi yanaşmalar kifayət etmir.

Yaxşı xəbər də var-  kiber risklərin idarə olunma qaydalarını dəyişmək üçün rəhbərlər bəzi xüsusi praktik addımlar atmaqla, təşkilatlarına daha etibarlı, daha ayıq və daha dayanıqlı olmağa kömək edə bilər. Kiber Riskə Müasir Yanaşma  - kiber risklərin kompleks şəkildə,  biznesin bütün müstəvilərini əhatə edərək həllinə yönəlmiş strategiyalar təklif edir.

PDF yükləyin
Did you find this useful?