Extended enterprise risk management

Təfərrüatlar

Təhlükələrin və qeyri-müəyyənliklərin öhdəsindən gəlmə

Birgə müəssisələrdə risklərinin idarə edilməsi mövzusunda aparılmış qlobal sorğunun nəticələrinə dair 2017-ci ilin müfəssəl hesabatı

Bir çox təşkilatlarda, üçüncü tərəflərlə münasibətlərə nəzarət və risklərin idarə olunması funksiyası rəhbərlərin bu sahədə məlumatlı olması hesabına uğurla həyata keçirilir. Lakin xarici mühitdə baş verən bir sıra mühüm dəyişikliklər son 12 ay ərzində inteqrasiya edilmiş kompleks sistemlərin və risklərin idarə olunması mexanizmlərinin tətbiqini bir qədər ləngitmişdir.

Risklərin idarə olunması mövzusunda Deloitte-un qlobal şirkətlər arasında keçirmiş olduğu ikinci illik sorğuda birgə müəssisələrdə üçüncü tərəflərlə münasibətlərə nəzarət və risklərin idarə olunması üzrə 536 məsul əməkdaşın fikirləri  dəyərləndirilmişdir. Xərc parametrini arxa planda tutaraq, daha çox dəyər üzərində mərkəzləşən üçüncü tərəf meyarlarına üçüncü tərəflərin müəssisə üçün yaratdığı strateji imkanlarının müəyyən olunması daxil edilmişdir. 

Bu hesabat dünya təşkilatlarının onlara məlum olmayan xaric mühitlərdə  dinamikliyi və rəqabətə davamlılığı saxlayaraq üçüncü tərəf risklərin idarə edilməsi prosesində üzləşdikləri çətinliklərin necə öhdəsindən gəldiklərini araşdırır. Bu hesabatda təşkilatlarda islahatların aparılması tələb olunan beş əsas faktor müəyyən edilir: 

Asılılıq və həssaslıq- təşkilatların üçüncü tərəflərdən xeyli dərəcədə asılı olmalarına  baxmayaraq, onlar riskləri, həmçinin kənar faktorlardan qaynaqlanan riskləri kompleks və əlaqələndirilmiş şəkildə həll etmək üçün bütün lazımi səriştə və imkanlara malik deyil. 

Üçüncü tərəflərlə əlaqələrin idarə edilməsi - üçüncü tərəf riskləri haqqında məlumatlılıq artır, lakin bu məlumatlar əsasında risklərin  kompleks idarə edilməsi funksiyası və baş verəcək riskləri ehtimal etmək bacarığı hələ də inkişaf mərhələsindədir. 

Üçüncü tərəf risklərə nəzarət və risklərin idarə olunması – rəhbərlərin bu sahədə göstərmiş olduğu dəstəyə  baxmayaraq,  proseslərin və texnologiyaların effektiv işləməsinə hələ çox var.

Texnologiya platformaları- hər bir ayrı-ayrı müəssisənin tələblərinə cavab verən inteqrasiya edilmiş üçüncü tərəf risklərin idarə olunması üzrə texnoloji platforma hələ də formlaşmamışdır.

Xidmətlərin göstərilməsi üzrə yeni modellər -  böyük şirkətlərdə əməkdaşlığı gücləndirmək və səlahiyyət bölgüsü məsələlərini asanlaşdırmaq  üçün davamlılığı və  təkmilləşmiş bacarıqları birləşdirən yeni modellər meydana gəlir

Əsas kəşflər: 

• Sorğuda iştirak edən respondentlərin 74 (%) faizi son üç ildə ən azı bir dəfə üçüncü tərəflərlə bağlı risk insidentləri ilə  qarşılaşmışdır. 

• 50 (%) faizdən yuxarı respondent ötən il ərzində üçüncü tərəflərdən asılılıq səviyyəsinin “müəyyən qədər” və yaxud “’əhəmiyyətli dərəcədə” artmasını  qeyd etmişdir.

• Respondentlərin yalnız 20  (%) faizi birgə müəssisədə risklərinin idarə olunması mexanizmlərini inteqrasiya etdiklərini və optimallaşdırdığını bildirmişdir. 

• Respondentlərin  yalnız 11 (%) faizi xarici mühitdə mövcud olan  qeyri-müəyyən  şəraitə  “tam hazır” olduqlarını bildirmişdir.   

 

Təhlükələrin və qeyri-müəyyənliklərin öhdəsindən gəlmə

Did you find this useful?